Western Caspian University

Fakültələr

  • Home
  • Siyasi Elmlər Məktəbi

Siyasi Elmlər Məktəbi

Siyasi Elmlər Məktəbi Qərbi Kaspi Universitetində yarandığı ildən tədris, elm və inzibati bölmə olmuş – öz fəaliyyətini yüksək ixtisaslı kadr hazırlığına istiqamətləndirmiş, müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasında gənclərin siyasi biliklərə və demokratik prinsiplərə yiyələnməsində müstəsna rol oynamışdır.  Məktəbin professor-müəllim heyəti akademik azadlığın və tələbələrin bərabər təhsil almaq hüququnun qorunması üçün demokratik dəyərlərə həmişə sadiq olduğunu nümayiş etdirmişdir. Bizim əsas məqsədimiz gələcəkdə Azərbaycanın sosial, siyasi və akademik həyatında əhəmiyyətli rol oynayan,  bu sahələrdə öz imzası olan uğurlu mütəxəssislər yetişdirməkdir.

Biz analitik qabiliyyətlərini inkişaf etdirmək və öz ixtisas sahəsində mükəmməl biliyə yiyələnmək istəyən tələbələri Məktəbimizə dəvət edirik. Kurrikulumlar müxtəlif elmi nəzəriyyələrə və baxışlara bərabər dərəcədə yer ayıraraq siyasi fəlsəfə, müqayisəli siyasət,  demokratizasiya, siyasi iqtisadiyyat, seçki davranışları, siyasi partiyalar, elitizm, siyasi sosiologiya və insan haqqlarında əhəmiyyətli sualları və akademik debatları təhlil edir. Məktəbin bütün dərsləri tələbələrdə tənqidi təfəkkürün inkişafının təmin edilməsinə istiqamətlənmişdir- müstəqil düşünmə bacarığı tələbələrə siyasi biliklərini dərinləşdirməyə və öyrəndikləri məsələlərdə fərdi olaraq etik mühakimələrini yürütməyə imkan yaradacaqdır.

İntellektual səviyyəsi, elmi və təcrübi bilikləri yüksək olan müəllimlərimiz müxtəlif ixtisaslar sahəsində lazımi biliklərin tədrisində yüksək təhsil standartlarını qorumağı qarşısına məqsəd qoyur, məktəbimizin qabaqcıllar sırasında olması üçün  bütün imkanlarından istifadə edərək inamla irəliləyirlər. İl ərzində mütəmadi olaraq tələbələrin dünyagörüşünün formalaşmasına xidmət edən, ölkəmizin tarixində və həyatında önəmli hadisələrə həsr olunmuş ictimai, siyasi və mədəni formatlı müxtəlif tədbirlər həyata keçirilir. Həmçinin fəaliyyət prosesində sərbəstlik, bütün işlərdə etibar və inam prinsipinə əsaslanan, davamlı inkişaf hədəfi olan təcrübəli professor-müəllim heyəti və yenilikçi fakültə rəhbərliyi sağlam, xeyirxah, rəqabətə hazır, öz sahələrində mövcud olan elmi yenilikləri mənimsəyib tətbiq etməyi bacaran, bəşəri dəyərlərə üstünlük verən, bilik, bacarıq və vərdişləri ilə bütün problemləri həll etmək iqtidarındadırlar. Fundametal biliklər verən məktəbimizin missiyası tələbələri seçdikləri ixtisas sahələri üçün zəruri olan metodoloji, empirik və analitik bacarıqlara yiyələndirmək, öz ixtisasını mükəmməl bilən mütəxəssis hazırlamaqla yanaşı onları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, yetkin şəxsiyyət kimi formalaşdırmaqdır.

Məktəbin professor-müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, eyni zamanda müxtəlif qabaqcıl ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir. 

Bu da məktəbin 2018-ci il fevral ayında çixardığı siyasi dərgisidir. Dərgimizdə gedən təhlilləri burdan oxuya bilərsiniz. Tətbiqi Politologiya Mərkəzinin “Qərbi Kaspi” siyasi dərgisinin birinci sayı bölgədə və dünyada baş verən hadisələrə - təhlükəsizlik mövzularına həsr olunub. Dərgidə Tətbiqi Politologiya Mərkəzinin təsis olunduğu 7 ayda həyata keçirdiyi tədbirlər – konfranslar, seminarlar, dəyirmi masalar, debatlar və xarici diplomatlarla görüşlər haqqında geniş məlumatlar yer alıb. Bu sırada Mərkəzin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı illik hesabatı və tələbələr arasında keçirilən sorğunun nəticəsi də əks olunub. Dərgidə Mərkəz üzvlərinin Çexiyanın Azəərbaycandakı səfirinin müşaviri Petr Vaqnerlə müsahibəsi də dərc olunub. Müsahibədə Petr Vaqnerin Çexiya-Azərbaycan münasibətlərinin 100 illiyinə həsr olunan kitabı haqqında maraqlı məlumatlar yer alıb.

Siyasi Elmlər Məktəbi tələbələrin beynəlxalq arenaya çıxmasını təmin etmək üçün  Erasmus Mundus, Mövlanə və digər beynəlxalq proqramlarda iştirak etmə imkanını yaradır.

 

Bizimlə Əlaqə:

Ünvan:Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks:AZ1072

Telefon:+994 12 565 39 77

@: political.science@wcu.edu.az 
 

 

Kafedralar

 

Akademik heyət

 

Bakalavr səviyyəsi üzrə

 

Magistratura səviyyəsi üzrə

 

Doktorantura səviyyəsi üzrə

 

x