Western Caspian University

Fakültələr

  • Home
  • İctimai elmlər məktəbi

İctimai elmlər məktəbi

İctimai Elmlər Məktəbi Qərbi Kaspi Universitetinin aparıcı məktəblərindəndir. Məktəb yüksək ixtisaslı kadr hazırlığı istiqamətində Psixologiya, Tarix, Fəlsəfə və s. ixtisasları üzrə bakalavr və ali təhsilin magistratura səviyyəsində kadrların hazırlanmasına rəhbərlik edir.

İctimai Elmlər Məktəbinin əsas məqsədi gənc və müstəqil dövlətimizin demokratiya yolunda gələcək inkişafı üçün tələb olunan yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsindən ibarətdir. Fundametal biliklər verən məktəbimizin missiyası tələbələri seçdikləri ixtisas sahələri üçün zəruri olan metodoloji, empirik və analitik bacarıqlarla silahlandırmaq, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır.

Tələbələr üçün mütəmadi olaraq onların dünyagörüşünün formalaşmasına xidmət edən, respublikanın tarixində və həyatında önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi və s. müxtəlif formatlı tədbirlər həyata keçirilir.

Məktəbin müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif qabaqcıl ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir.

Tələbələrə Erasmus Mundus, Mövlanə və digər beynəlxalq proqramlarda iştirak etmə imkanını yaradır.

Bizimlə Əlaqə:

Ünvan:Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks:AZ1072

Telefon:+994 12 565 39 77

@: social.sciences@wcu.edu.az 

 

 

Kafedralar

 

Akademik heyət

 

Bakalavr səviyyəsi üzrə

 

Magistratura səviyyəsi üzrə

 

Doktorantura səviyyəsi üzrə

 

x