Western Caspian University

Fakültələr

  • Home
  • Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları” adı ilə fəaliyyətə başlamışdır. Kafedra öz fəaliyyəti dövründə İnformatika və hesablama texnikası istiqaməti üzrə, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlamışdır. 2017-ci ildən isə kafedra Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinə çevrilmişdir.

Müxtəlif mühəndislik sahələrində professional, tədqiqedici, müstəqil düşüncə sahibi, yaradıcı və innovativ mühəndislər yetişdirməyi, təhsil, tədqiqat və tətbiqi sahələrdə cəmiyyətin və sənayenin ehtiyaclarını qarşılamağı qarşıya məqsəd kimi qoyan Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi təhsil, tədqiqat və sənaye sektorunda seçilməyi hədəfə almışdır.

Sənayenin sürətlə artan mütəxəssis ehtiyacına paralel olaraq, hər keçən gün artan tələbə kontingentinin tələblərinə cavab verə bilmək üçün məktəb professor-müəllim heyətini və maddi texniki bazasını daima inkişaf etdirməkdədir.

Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar, regionda analoqu olmayan laboratoriyalar; geomatika, maşınqayırma, robototexnika, mexatronika, elektronika, avtomatik nəzarət sistemləri, poliqrafiya və kompüter və. s laboratoriyaları, Azərbaycan, İngilis, Rus və başqa dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur.

Məktəbin professor-müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş, beynəlxalq təcrübəyə malik alim və mütəxəssislərdən ibarətdir.

Məktəbin vəzifəsi tələbələrin yüksək texnologiyalar və innovativ mühəndislik sahələrində fəaliyyət göstərmələri üçün zəruri olan bilik və bacarıqların qazanılmasına imkan yaratmaqdır. Məhz bu səbəbdən, fakültədə aşağıda qeyd olunan laboratoriyalar yaradılıb:

  • Yüksək Texnologiyalar və İnnovatov Mühəndislik Məktəbi laboratoriyaları
  • Ətraf mühitin kimyası və monitorinqi laboratoriyası
  • Ümumi kimya laboratoriyası
  • Analitik və fiziki kimya laboratoriyası
  • Üzvi Kimya laboratoriyası
  • Elektrik elektronik Dövrələr Laboratoriyası
  • Avtomatik nəzarət laboratoriyası
  • Mütərəqqi bərpa texnologiyaları laboratoriyası
  • Materialların müqaviməti laboratoriyası
  • Mexanika laboratoriyası
  • Geomatika laboratoriyası
  • Fizika laboratoriyası
  • Maşınqayırma
  • Robototexnika
  • Mexatronika
  • Elektronika
  • Poliqrafiya
  • Kompüter

Məktəbin  həmçinin müasir kompüter və internet mərkəzi, elmi kitabxanası var. Bütün ixtisaslar üzrə tələbələri yüksək keyfiyyətli tədris gözləyir. Tələbələr ABŞ və Avropanın ən təcrübəli şirkətləri ilə birgə işlənmiş müasir laboratoriyalarından yararlana biləcəklər. Təcrübi biliklərin daha yaxşı əldə olunması üçün tələbələr öz ixtisasları üzrə yerli və xarici şirkətlərdə təcrübə keçəcək, həmçinin beynəlxalq və bir sıra dövlət qurumlarının layihələrinə cəlb ediləcəkdir. Bundan əlavə fakültəmizdə təhsil alan tələbələrimiz Erasmus MundusMövlanə və digər beynəlxalq proqramlarda iştirak edirlər. 

Bizimlə Əlaqə

Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks: AZ1072

Telefon: +994 12 565 39 74

 @: technologies.engineering@wcu.edu.az 

Kafedralar

 

 

Akademik heyət

 

 

Bakalavr səviyyəsi üzrə

 

Magistratura səviyyəsi üzrə

 

Doktorantura səviyyəsi üzrə

 

x