4
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 3, 2021
e-ISSN 2789-4614
İQTİSADİYYAT
SADİQ QƏHRƏMAN oğlu ƏFƏNDİYEV
Qərbi Kaspi Universitetinin “Elm şöbəsinin” müdiri
E-mail: sadiq.efendiyev@wcu.edu.az
EMAL SƏNAYESİ SAHƏLƏRİNİN DAYANIQLI İNKİŞAFI VƏ ONA TƏSİR EDƏN
AMİLLƏR
Xülasə: Məqalədə müəllif emal sənayesi sahələrinin mövcud vəziyyətinin təhlilini aparmış və onun
dayanıqlı inkişafına təsir edən amilləri qeyd etmişdir. Müəllif onu da qeyd etmişdir ki, ölkənin milli
iqtisadiyyatının ən mühüm aparıcı sahəsi, onun iqtisadi inkişafında, iqtisadi təhlükəsizliyin həyata
keçirilməsində, o cümlədən onun strateji məqsədlərinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan
və sənayenin əsas sahələrindən birini təşkil edən emal sənayesinin təkmilləşdirilməsi gələcək inkişaf
baxımından çox vacib məsələlərdən biridir. Bütün bunlar müasir dövrdə, emal sənayesi müəssisələrində,
innovasiya prosesinin və onun təkmilləşdirilməsinin təşkili və tənzimlənməsinə mane olan amillərin idarə
edilməsini, o cümlədən onların dövlətin davamlı və dayanıqlı iqtisadi inkişaf strategiyasına uyğun olaraq
yenidən idarə edilməsini zəruri edir.
Açar sözlər: emal sənayesi, iqtisadi inkişaf, milli iqtisadiyyat, investisiya ehtiyatları, sənaye siyasəti,
inkişaf strategiyası.
UOT: 33
JEL: L 89
DOI: doi.org/10.54414/uyfu8456
Giriş
Azərbaycanın sənaye müəssisələrində iqtisadi
inkişafın formalaşması ölkə iqtisadiyyatının daya-
nıqlı və davamlı inkişafını təmin edərək sənaye
müəssisələrinin iqtisadi səmərəliliyinin və onun
rəqabətqabiliyyətinin artırılmasına imkan ver-
mişdir.
Ölkədə iqtisadiyyatın dayanıqlı və davamlı
inkişafının təmin edilməsi, əhalinin sosial iqtisadi
rifahının yüksəldilməsi, dayanıqlı iqtisadi inkişa-
fın keyfiyyətcə yeni modelinin formalaşdırılması,
ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin
artırılması, dünya iqtisadiyyatına səmərəli inteqra-
siya edilməsi və həmçinin ölkənin uzunmüddətli
davamlı inkişaf strategiyasına uyğun olaraq qeyri-
neft sektorunun daha da inkişaf etdirilməsi və
onun ixrac imkanlarının genişləndirilməsi hazırkı
mərhələdə dövlətin qarşıya qoyulmuş əsas
vəzifələrindəndir və qeyri-neft sektorunun daya-
nıqlı inkişaf etdirilməsi dövlətin iqtisadi siyasəti-
nin əsas prioritetini təşkil edir [1, s. 113-119].
Ölkə iqtisadiyyatının dayanıqlı və davamlı
inkişafını təmin edən ən vacib amil – sənaye
müəssisələrinin iqtisadi səmərəliliyinin və onun
rəqabətqabiliyyətinin daha da artırılmasıdır.
Azərbaycan Respublikasının iqtisadiyyatının ən
vacib sahəsi olan sənaye, ölkənin və onun
regionlarının iqtisadi potensialının səviyyəsini
müəyyən edir. Sənayenin sahə strukturunun əsas
təkmilləşdirmə istiqaməti isə – emal sənayesinin
payının artırılmasıdır. Emal sənayesinin əksər
sahələrinin aşağı gəlirliliyi struktur-texnoloji
modernləşdirmənin aparılmasına maneələr yaradır
ki, bu maneələrin də aradan qaldırılması aktiv
dövlət siyasəti aparılmadan mümkün deyildir [4, s.
336-337].
Əsas mətn
Ölkənin milli iqtisadiyyatının ən mühüm
aparıcı sahəsi, onun iqtisadi inkişafında, iqtisadi
təhlükəsizliyin həyata keçirilməsində, o cümlədən
onun strateji məqsədlərinin təmin olunmasında
xüsusi əhəmiyyətə malik olan və sənayenin əsas
5
S.Q.Əfənfiyev
Emal sənayesi sahələrinin dayanıqlı
inkışafı və ona təsir edən amillər
sahələrindən birini təşkil edən emal sənayesinin
təkmilləşdirilməsi gələcək inkişaf baxımından çox
vacib məsələlərdən biridir. Bütün bunlar müasir
dövrdə, emal sənayesi müəssisələrində, innova-
siya prosesinin və onun təkmilləşdirilməsinin
təşkili və tənzimlənməsinə mane olan amillərin
idarə edilməsini, o cümlədən onların dövlətin
davamlı və dayanıqlı iqtisadi inkişaf strategiyasına
uyğun olaraq yenidən idarə edilməsini zəruri edir.
Bazar iqtisadiyyatı şəraitində emal sənayesi
müəssisələrinin dayanıqlı iqtisadi inkişafda rolu və
onun təkmilləşdirilməsi probleminin həlli üçün
həm xarici, həm də respublikanın iqtisadçı alimləri
və digər elmi tədqiqatçılar elmi araşdırmalar
aparmış və elmi əsərlər yazmışdırlar. Yəni,
iqtisadiyyatın bir çox sahələrinin, xüsusilə sənaye
müəssisələrinin ölkənin dayanıqlı iqtisadi inki-
şafına təsiri problemi iqtisadi nəzəriyyə klassikləri
də daxil olmaqla, iqtisadiyyat sahəsi üzrə bir çox
alimlərin hər zaman diqqətində olmuş və hal-
hazırda da bu problemin tədqiqinə aid çoxlu sayda
elmi-tədqiqat işləri aparılmışdır.
Sahədə aparılan tədqiqat işlərinin əhəmiyyətini
azaltmayaraq qeyd etmək olar ki, respublikamızın
emal sənayesi müəssisələrinin qloballaşan müasir
dünyada dayanıqlı iqtisadi inkişaf strategiyasının
formalaşması mexanizmlərinin kompleks şəkildə
tədqiq olunması kifayət qədər öyrənilməmişdir.
Digər tərəfdən isə 2011-2019-cu illər üzrə aparılan
araşdırmalar zamanı məlum olur ki, respublikanın
emal sənayesi müəssisələrinin əsas sənaye-istehsal
fondlarının mövcud vəziyyəti, onların yeniləş-
məsi, sıradan çıxması və aşınma səviyyəsi, fondla
silahlanma və fond verimi göstəriciləri, bu sənaye
müəssisələrinin texniki-texnoloji səviyyəsi
rəqabətədavamlı və beynəlxalq standartlara cavab
verən emal sənayesi məhsullarının istehsalına və
ixracına bütövlükdə imkan yaratmır.
Emal sənayesi müəssisələrinin zəif inkişaf
etməsi, onun daxili və xarici bazarları kifayət
qədər təmin edə bilməməsi mövcud idarəetmə
sisteminin bazar münasibətlərinə cavab verə
bilməməsini, idarəetmənin səmərəli forma və
metodlarının lazımınca tətbiq edilməməsini
göstərir [2, s. 157-162].
Azərbaycanın emal sənayesinin dayanıqlı
inkişaf etdirilməsinin əsas məqsədi ölkədə dünya
standartlarına cavab verən rəqabətə davamlı və
ixrac yönümlü, elmtutumlu və yüksək texno-
logiyalı emal sənayesi məhsullarının istehsalına
nail olmaqla ölkənin neft amilindən asılılığını
aradan qaldırmaqdır. Bunun isə həyata keçirilməsi
qeyd olunduğu kimi emal sənayesi sahələrində
innovasiya mənbələrinin və investisiya ehtiyatla-
rının təyin edilməsi və onların artırılması, ölkənin
təbii sərvətlərinin və əmək ehtiyatlarının səfərbər
edilməsi və dövlət tərəfindən tənzimlənmə
sistemlərinin təkmilləşdirilməsi əsasında mümkün
ola bilər.
Emal sənayesinin dayanıqlı iqtisadi inkişaf
etdirilməsinin əsas məqsədlərindən biri də
sənayenin rəqabətqabiliyyətinin artırılmasına
yönəldilmiş bir sıra tədbirlərin həyata keçirilmə-
sini təmin etməkdir. Bu tədbirlərin həyata keçiril-
məsi məqsədilə sahəvi araşdırmalar aparmaqla
müxtəlif sektorların xüsusiyyətlərinə uyğun əlavə
tədbirlərlə dəstəklənməlidir. Emal sənayesinin da-
yanıqlı iqtisadi inkişafının yüksəldilməsi məqsədi
ilə enerji qiymətlərinin tənzimlənməsində aktivlik
artırılaraq gömrük rejimi, əlverişli vergi və çevik
məzənnə siyasəti ilə müşayiət edilməlidir.
Bu gün emal sənayesi müəssisələrinin mövcud
vəziyyəti onu deməyə əsas verir ki, qloballaşan
müasir dünyada sahə hələ də rəqabətə davamlı
sənaye məhsulları istehsal etməyə tam hazır
deyildir. Bu isə onu göstərir ki, emal sənayesi mü-
əssisələrinin dayanıqlı iqtisadi inkişafının forma-
laşması mexanizmləri yenidən elə işlənilməlidir
ki, həmin halda ölkədə yeni rəqabət mühiti
yaradılarkən müəssisələrin rəqabət qabiliyyətlili-
yinin azalması ilə nəticələnməsin [3, s.92-99].
Digər tərəfdən, əsas maliyyə aktivlərinin
iqtisadiyyatın xammal sektorunda cəmlənməsi və
emal sahələrinin kifayət qədər maliyyələşməməsi,
köhnəlmiş texnologiyalar, elmtutumlu sənaye
sahələrində istifadə edilən fiziki və mənəvi cə-
hətdən aşınmış əsas fondlar proqressiv struktur
dəyişikliklərinin qarşısında ciddi problem olaraq
durur və bu respublikada iqtisadi artım və
dayanıqlı iqtisadi inkişafın imkanlarını məh-
dudlaşdırır. Hasilat və emal sahələri arasında
sahəvi proporsiyaların birincinin xeyrinə
dəyişməsi ölkədə sənaye strukturunun pisləşməsi-
nə gətirib çıxartmışdır. Buna səbəb isə struktur
məsələlərinə kifayət qədər diqqətin yetirilməməsi
olmuşdur.
Aparılmış araşdırmalardan müəyyən olunmuş-
dur ki, inkişaf etmiş dünya ölkələrində universitet
ilə sənaye arasında əlaqələrin inkişafına maneələr-
dən biri sənaye müəssisələrinin tədqiqat və işləmə
6
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 3, 2021
e-ISSN 2789-4614
sahəsində mümkün tərəf müqabilinin tapılmasında
çətinliklərlə qarşılaşmalarıdır. Bu problemlərin
həll edilməsi üçün bir sıra inkişaf etmiş ölkələrdə
dövlət tərəfindən universitetlərin şəbəkəsi yaradıl-
mış və dövlət tərəfindən idarə olunur. Universitet-
lərin şəbəkəsi dedikdə ölkədə mövcud olan hər bir
universitetin bütün sənaye-universitet əlaqələrini
əhatə edə bilən sahələr üzrə koordinasiyası
məqsədilə müvafiq onlayn platformanın yaradıl-
ması nəzərdə tutulmuşdur [5, s.324-325].
Məhz belə bir onlayn platformanın həyata
keçməsi üçün ölkədə mövcud olan bütün
universitetlər arasında universitet-sənaye əmək-
daşlıqları sahəsində razılıq əldə edilməli, ölkədə
olan hər bir universitetin sənaye ilə əlaqələrini
koordinasiya edən portalın yaradılması (portal
informasiya xarakterli olmalı, buradan hər bir uni-
versitetə giriş imkanları nəzərdə tutulmalı, hər bir
universitetin sənaye ilə əməkdaşlıqlarını əhatə
edən informasiyalar yer almalı), hər bir univer-
sitetdə universitet-sənaye əməkdaşlıqlarının
inkişafı ilə əlaqədar fəaliyyət göstərən şöbələrlə
sıx əməkdaşlıq edilərək makro səviyyədə ikitərəfli
əlaqələrin genişləndirilməsi məqsədilə müvafiq
birgə siyasət yürüdülməli və bir sıra vəzifələr
müəyyənləşdirilməlidir.
Universitet tərəfindən həyata keçirilməsi labüd
olan tədbirlərdən biri kimi universitetlərin əsas
missiyaları tədris və elm olduğundan universitet
daxilində sənaye ilə əlaqələr şöbəsinin yaradıl-
masıdır. Bunun da əsas məqsədi universitetin
missiyalarına uyğun müvafiq sənaye müəssisələri
və dövlət orqanları ilə qarşılıqlı əlaqələrin yara-
dılmasıdır. Bu şöbənin əsas fəaliyyətinin birincisi
müvafiq sayt və yaxud da universitetin internet
saytı çərçivəsində bütün funksiyaları əhatə edən
linkin yaradılmasıdır. Bunun vasitəsilə də hamının
istənilən informasiyasını tez bir zamanda və
sürətlə əldə etmə imkanını yaratmaq olar.
Azərbaycan Respublikasının iqtisadiyyatının
aparıcı sahələrindən biri olan emal sənayesi
sahələri öz növbəsində ölkəmizin təsərrüfat
sahələrinin də əsas aparıcı bölmələrindən biridir.
Emal sənaye sahələri çoxlu miqdarda müxtəlif çe-
şidli məhsullar istehsal etməkdədir. Emal sənaye-
sinin dayanıqlı inkişafı ictimai əmək məhsul-
darlığının yüksəldilməsinə, kənd təsərrüfatı isteh-
salının yenidən qurulmasına, məhsuldar qüv-
vələrin daha da səmərəli yerləşdirilməsinə, təbii
sərvətlərdən səmərəli istifadə edilməsinə, ölkənin
müdafiə qüdrətinin möhkəmləndirilməsinə və sair
bir çox tədbirlərin görülməsinə səbəb olur [5,
s.324-325].
Müasir mərhələdə emal sənayesinin dayanıqlı
inkişafının sürətləndirilməsi onun rəqabətqabiliy-
yətinin yüksəldilməsindən asılıdır. Ona görə də
emal sənayesinin rəqabətqabiliyyətinin yüksəl-
dilməsi dövlətin iqtisadi strategiyasının, o cümlə-
dən sənaye siyasətinin mərkəzi xəttini təşkil etməl-
idir. Dövlət ölkədə iqtisadi artımı sürətləndirmək
və istehsalın yüksək artım tempinə nail olmaq
üçün məqsədyönlü şəkildə stimullaşdırıcı tədbir-
lərdən istifadə edir. Sənaye siyasəti də məhz belə
tədbirlərdən biridir. Sənaye siyasəti dedikdə döv-
lətin iqtisadiyyatı tənzimləmə üsulu olub, məqsədi
ölkədə iqtisadi artımı və əhalinin rifah səviy-
yəsinin yüksəldilməsini təmin etməyə yönəlik
kompleks tədbirlər başa düşülür [5, s. 324-325].
Bundan başqa ölkədə aparılan sənayeləşmə
siyasəti qeyri-neft sənayesinin, xüsusilə, onun
dinamik inkişafını təmin etmişdir. Belə ki, sənaye
sahəsində istehsal olunan məhsulun 69,9 faizi və
ya 32857,5 milyon manatı mədənçıxarma sənayesi
sahəsində, 21,5 faizi və ya 11793,8 milyon manatı
emal sənayesi sahəsində, 4,3 faizi və ya 2011,6
milyon manatı elektrik enerjisi, qaz və buxar is-
tehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 0,7
faizi və ya 336,3 milyon manat su təchizatı,
tullantıların təmizlənməsi və emalı sahəsində
istehsal edilmişdir .
Qeyd olunduğu kimi, sənayenin mühüm aparıcı
sahəsi olan emal sənayesinin inkişaf səviyyəsi
istənilən ölkənin stabil və davamlı iqtisadi inki-
şafının təmin edilməsinin mühüm amillərindən
biridir. Çünki emal sənayesi iqtisadiyyatın mürək-
kəb sahəsi kimi, cəmiyyətin müxtəlif tərəflərinin
inkişafını tələb edir və bu inkişaf səviyyəsindən
asılı olaraq da onun rəqabət qabiliyyəti formalaşır.
Son dövrlərdə ölkədə aparılan genişmiqyaslı köklü
islahatlar nəticəsində iqtisadiyyatın bütün
sahələrində olduğu kimi, emal sənayesinin də
dirçəlişinə səbəb olmuşdur.
İqtisadi təhlillər apararaq görürük ki, ölkədə
2003-cü ildə ÜDM istehsalı 7,1 milyard manat,
2004-cü ildə 8,5 milyard manat təşkil etmişdisə,
2008-i ildə bu göstərici 40,1 milyard manat, 2009-
cu ildə 34,6 milyard manat, 2010-cu ildə 42,5
milyard manat, 2019-cu ildə isə 81,9 milyard
manat olmuşdur. Bununla yanaşı, respublikamız
son bir neçə ildə iqtisadi artım tempinə görə
7
S.Q.Əfənfiyev
Emal sənayesi sahələrinin dayanıqlı
inkışafı və ona təsir edən amillər
dünyada liderlər sırasında olmuşdur. Bu müddət
ərzində dünya iqtisadiyyatında artım ümumilikdə
25,4%, o cümlədən ABŞ-da 13,3%, Avropa
Birliyi ölkələrində 13,7%, MDB-də 45,4%, Çində
66,5% olduğu halda, ölkəmizin iqtisadiyyatında
bu dinamika 2,6 dəfə artımla müşahidə olun-
muşdur [3, s. 92-99].
Qrafik 1
Sənaye sahələrinin ümumi sənayedə xüsusi çəkisi (%-lə) (2019-cu il)
Mənbə: Azərbaycanın Statistik Göstəriciləri. Statistik məcmuə. Bakı-2021
Respublikada emal sənayesi müəssisələrində
istehsalın inkişafının müasir vəziyyətinin təhlili
göstərir ki, 2000-ci illərin əvvəlində baş vermiş
böhran sənaye istehsalının həm kəmiyyət və həm
də keyfiyyət baxımından ciddi şəkildə geri-
ləməsinə səbəb olmuşdur. Son illərdə emal səna-
yesində inkişaf meylləri yaransa da, fikrimizcə,
baş vermiş ətalətliliyin aradan qaldırılması və emal
sənayesinin keyfiyyət göstəricilərinin yaxşılaşma-
sı üçün iqtisadiyyatın bu sahəsinə güclü investisiya
axınını təmin edə biləcək nisbətən uzunmüddətli
dövlət siyasətinin hazırlanması və həyata keçiril-
məsi tələb olunur.
Emal sənayesi müəssisələrinin inkişafının
müasir vəziyyətindən məlum olur ki, bazar iqtisa-
diyyatına keçidlə əlaqədar olaraq ölkə iqtisa-
diyyatında həyata keçirilən iqtisadi islahatlar bu
sahədə istehsalın kəmiyyət və keyfiyyət göstərici-
lərinin yaxşılaşmasına ciddi təsir göstərməmişdir.
Bu əsasən hal-hazırda emal sənaye müəs-
sisələrinin inkişafında mövcud olan bir çox
problemlərin həll edilməmiş olaraq qalması ilə
əlaqədardır. İstər ölkə, istərsə də region miq-
yasında maddi istehsal sahələrinin o cümlədən də,
emal sənayesi sahələrinin inkişaf potensialının
əsas hərəkətverici qüvvələrindən biri infrastruktur
sahələrinin inkişaf səviyyəsidir. Aparılan tədqi-
qatlardan məlum olur ki, müasir şəraitdə emal
sənayesinin inkişaf problemlərindən biri və ən
başlıcası infrastruktur (istehsal və bazar
infrastruktur sahələri) sahələrinin zəif inkişaf
etməsidir [3, s. 92-99].
Emal sənayesinin inkişafının aşağı səviyyədə
olmasının əsas səbəblərindən biri də əksər sənaye
müəssisələrinin texnoloji cəhətdən yenidən
qurulması işinin çox zəif səviyyədə aparılmasıdır.
Tədqiqatlar göstərir ki, 2000-ci illərin əvvəllərində
respublikanın emal sənayesində mövcud maşın və
avadanlıqların fiziki və mənəvi köhnəlməsi onla-
rın 35 faizinin təcili dəyişilməsini, 60 faizinin isə
modernləşməsini tələb edirdi. 2000-2019-cu
illərdə mövcud əsas fondların köhnəlmə dərəcəsi
daha da artmışdır. Hazırda respublikada istehsal
əsas fondlarının fiziki və mənəvi cəhətdən aşınan
hissəsi 80 faizə qədər təşkil edir. İstismarda olan
maşın və avadanlıqların orta xidmət müddəti
müvafiq normalardan 2,1-2,7 dəfə çoxdur.
Ölkədə emal sənayesi müəssisələrinin inkişaf
problemlərindən biri də bu müəssisələrdə mar-
ketinq fəaliyyətinin olmaması və ya zəif inkişaf
etməsidir. Hazırda Azərbaycan iqtisadiyyatında
islahatların institutsional sistemdə başa çatdırıl-
maması ilə əlaqədar olaraq təkmil bazar mexani-
zmi formalaşmamışdır. Belə şəraitdə müəs-
sisələrin idarəetmə strukturunda dəyişikliklərin
edilməsinə və bazarda səmərəli fəaliyyətə imkan
verən struktur bölmələrinin yaradılmasına ehtiyac
yaranır. Xüsusilə, bu ehtiyac bazarın öyrənilməsi
və məhsulun reallaşdırılması ilə əlaqədardır [6, s.
647-648]. Cədvəl 1
Emal sənayesi müəssisələrinin işinin əsas göstəriciləri
21,5%
69,9%
4,3% 0,7%
emal sənayesi
mədənçıxarma sənayesi
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi
8
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 3, 2021
e-ISSN 2789-4614
Göstəricilər
2014
2016
2018
2019
-Fəаliyyət göstərən müəssisələrin sayı
1762
1775
2034
2330
dövlət mülkiyyəti
149
140
118
124
qeyri-dövlət mülkiyyəti
1613
1635
1916
2206
-Sənаye fəaliyyəti ilə məşğul olan qeydə alınmış
fərdi sаhibkarların sayı, nəfər
14559
16009
17988
19842
-Sənаye məhsulunun (işlərin, xidmətlərin) həcmi,
mln manat
8072
8899
10465
11794
-Sənаye məhsulunun fiziki həcm indeksi, əvvəlki
ilə nisbətən, fаizlə
102.2
101
108
111.5
-Ölkədə istehsal olunmuş sənаye məhsulunun
ümumi həcmində sаhənin payı, faizlə
20.2
22.9
21.9
25.1
-Ölkə sənаyesinin qeyri-dövlət sektorunda sahənin
payı, faizlə
18.1
22.2
17.4
20.9
-İşləyənlərin orta siyahı sayı, min nəfər
105.2
95.2
106.1
106.1
əvvəlki ilə nisbətən, faizlə
103.6
95.5
100.9
100.9
-Sənаyedə məşğul olanların ümumi sayında sаhə
işçilərinin payı, faizlə
53.3
51.2
50.4
50.4
-Bir işçinin orta aylıq əmək haqqı, manat
473
543
554
554
-Əsas kapitala investisiyalar, mln manat
644.6
424.3
1432
2466.4
-Sənаyeyə yönəldilən investisiyаların ümumi
həcmində sahəyə qoyulan investisiyaların payı,
faizlə
8.4
4.3
16.9
26.7
-Əsas sənаye-istehsal fondlаrının mövcudluğu, ilin
sonuna, milyon manat
7352.3
8082.4
9073.2
9073.2
Mənbə: Azərbaycanın Sənayesi. Statistik məcmuə. Bakı-2021
Ölkədə emal sənayesinin müasir vəziyyətinin
təhlilindən məlum olur ki, hal-hazırkı şəraitdə
emal sənayesi müəssisələrinin inkişafına mane
olan əsas amillərdən biri də bu sahədə yüksək
ixtisaslı kadrların çatışmazlığıdır. Məlumdur ki,
respublikamız keçmiş sovetlər birliyində olarkən
ölkə sənayesində yüksək səviyyədə kadr potensialı
formalaşdırmaq mümkün olmuşdur. Lakin, res-
publikamız müstəqil dövlətə çevrildikdən sonra
obyektiv və subyektiv səbəblərdən sənaye müəs-
sisələrinin inkişafının zəifləməsi, digər tərəfdən
indiki şəraitdə iqtisadiyyatın digər sahələrinə
nisbətən sənaye, xüsusilə də emal sənayesi
müəssisələrində əməkhaqqının aşağı olması uzun
illər ərzində toplanmış istehsal, texnoloji və
kommersiya biliklərinin itirilməsi baş vermişdir və
gələcəkdə bu istehsalların bərpası zamanı kadr
problemi həlledici amillərdən biri olacaqdır.
Hesab edirik ki, hazırki iqtisadi şəraitdə qeyri-
neft sektorunda emal sənayesi müəssisələrinin rə-
qabət qabiliyyətliliyinin təmin edilməsində, daxili
istehsalın inkişaf etdirilməsində kiçik və orta
sənaye müəssisələrinin modernləşdirilməsi, yeni-
dən qurulması vacib şərtdir. Bunun üçün bu
sahəyə dövlət tərəfindən təkmilləşdirilmiş şəkildə
investisiya yardımı mexanizmi hazırlanması, yerli
və xarici investisiyaların bu sahələrə cəlbi, inves-
torları stimullaşdırmaq üçün əlverişli investisiya
mühitinin yaradılması hökumətin bu sahədə gör-
məli olduğu əsas tədbirlərdəndir [5, s. 324-325].
Emal sənayesi müəssisələrinin respublikamızın
dayanıqlı iqtisadi inkişafında rolunu yüksəltmək
və rəqabətədavamlı innovasiyalı məhsulların is-
tehsalını stimullaşdırmaq üçün bir sıra tədbirlərin
həyata keçirilməsi məqsədəuyğun hesab edil-
mişdir.
1. Yeni və ya təkmilləşdirilmiş məhsul
növlərinin yaradılması ilə bağlı aparılan elmi-
tədqiqat işlərinin vergidən azad edilməsi, güzəştli
dövlət və bank kreditlərinin tətbiqi;
2. İnnovasiya fəaliyyətinin reallaşdırılması
məqsədilə istifadə edilən əsas vəsaitlərin
amortizasiya normalarına güzəştli əmsalların
tətbiqi;
3. Vergiqoyma sistemində innovasiya üzrə
elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə,
patentləşdirmə xərclərinə məhdudiyyətin aradan
qaldırılması;
9
S.Q.Əfənfiyev
Emal sənayesi sahələrinin dayanıqlı
inkışafı və ona təsir edən amillər
4. İnnovasiya menecmenti və marketinq, la-
yihələrin idarə edilməsi, müasir texnikanın la-
yihələndirilməsi və istismarı üzrə ixtisaslı mütə-
xəssislərin hazırlanmasında dövlət dəstəyinin
reallaşdırılması və sair.
Deməli, emal sənayesi müəssisələrinin rəqabət
qabiliyyətli dayanıqlı və davamlı inkişafı elmi-
texniki tərəqqinin imkanlarından səmərəli istifadə
etməklə həyata keçirilməlidir ki, bu da keyfiyyətli
və rəqabətqabiliyyətli məhsul istehsalına imkan
verər. Bu işin öhdəsindən isə ancaq yeni texnika
və texnologiyaların əldə olunması və gecikmədən
istehsala tətbiq olunması işinin elmi cəhətdən
təşkil edilməsi gələ bilər. [5, s. 324-325]
Bu da istehsalın səmərəliliyinin yüksəldilməsi
ilə nəticələnir. Beləliklə də iqtisadiyyatın innova-
siyalı dayanıqlı və davamlı inkişafı istehsalın
məqsədli inkişafının ən mühüm amilidir. Lakin,
aparılan təhlillər göstərir ki, respublikamızın emal
sənayesi müəssisələrində innovasiya fəaliyyətinin
ETT-nin inkişaf sürəti müasir bazar iqtisadiy-
yatının tələblərinə tam cavab vermir. ETT-nin na-
iliyyətləri sənayenin neft sektorunda tətbiq edilsə
də, qeyri-neft sənayesində tərəqqi çox yavaş
sürətlə baş verir. Buna görə də emal sənayesi
müəssisələrində innovasiyalı layihələrin həyata
keçirilməsi və bu sahədə tədqiqat işlərinin apa-
rılması gücləndirilməlidir.
Respublikada emal sənayesi müəssisələrinin
rəqabətədavamlı dayanıqlı və davamlı inkişafının
təmin edilməsinə investisiya qoyuluşlarının həcm
və strukturu birbaşa təsir göstərir. Buna görə də
əsas kapitala investisiya qoyuluşlarının priori-
tetləşdirilməsi emal sənayesi müəssisələrinin gələ-
cək inkişaf istiqamətlərinin müəyyən olunması
baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
Emal sənayesində investisiya qoyuluşunun
prioritet istiqamətlərinin seçilməsi zamanı həm
mikro, həm də makro amillər nəzərə alınmalı,
prioritetləşdirmə hər iki səviyyə üzrə baş
verməlidir [5, s. 324-325].
İnvestisiya qoyuluşlarının prioritet istiqamət-
lərini müəyyən edərkən, ilk növbədə, istehsal
vasitələrinin emal sənayesi müəssisələrinə yönəl-
dilməsi və onun digər sahələrin inkişafı üçün əsas
olmasını nəzərə almaq zəruri şərtlərdən biridir.
Bununla belə, investisiya qoyuluşlarının istiqa-
mətlərinin müəyyən edilməsilə əlaqədar sahələrin
inkişaf səviyyəsi əhəmiyyətli şəkildə təsir göstərir.
Yəni, respublikada iqtisadiyyatın səmərəli
inkişafını təmin etmək üçün yüksək səviyyəli
enerji kompleksinin, nəqliyyat sisteminin, sənaye
və kənd təsərrüfatının satışı sisteminin və sair
mövcud olması daha vacibdir.
Nəticə
Emal sənayesi sahələrində rəqabətədavamlı
məhsullar istehsalını stimullaşdırmaq üçün isteh-
sala yönəldilən investisiyaların həcmini artırmaq,
gömrük siyasəti vasitəsilə optimal rəqabət rejimini
yaratmaq, ixrac yönümlü istehsalı genişləndirmək
və bunun üçün xüsusi iqtisadi zonalar yaratmaq,
güzəştli kreditlərin verilməsinin idxal-ixrac əmə-
liyyatları üçün inzibati qaydaların asanlaşdırıl-
masını həyata keçirmək lazımdır.
ƏDƏBİYYAT SİYAHISI:
1. Əfəndiyev S.Q., Süleymanov Q.S. Emal səna-
yesi müəssisələrinin inkişaf meylləri və onların
rəqabətqabiliyyətlilik səviyyəsinin qiymətləndi-
rilməsi // AMEA-nın Xəbərləri, İqtisadiyyat elmləri
seriyası, Bakı, 2013. №1, s. 113-119.
2. Əfəndiyev S.Q. “Azərbaycanın qeyri-neft
sektorunun mövcud vəziyyətinin qiymətləndirilməsi
// AMEA-nın Xəbərləri, İqtisadiyyat elmləri seriyası,
– Bakı, – 2013. №2, – s. 157-162.
3. Əfəndiyev S.Q. Azərbaycanın sənaye sahə-
lərinin iqtisadi inkişafının mövcud vəziyyətinin
qiymətləndirilməsi // “İpək yolu” Jurnalı. Azərbay-
can Respublikası Təhsil Nazirliyi, Azərbaycan
Universiteti. Bakı, 2014. №1, s. 92-99.Əfəndiyev
S.Q. Azərbaycan Respublikasında emal sənayesi
müəssisələrinin iqtisadi inkişafda rolu və onun
təkmilləşdirilməsi mexanizmləri // “Boloniya təhsil
prosesində universitet-sənaye əlaqələrinin müasir
problemləri” adlı Beynəlxalq Simpozium. Azərbay-
can Respublikası Təhsil Nazirliyi, Azərbaycan
Texnologiya Universiteti. – Gəncə, Azərbaycan
Texnologiya Universiteti: – 30 aprel-1 may, – 2016,
– s. 336-337.
4. Əfəndiyev S.Q. Emal sənayesi müəs-
sisələrinin iqtisadi inkişafı haqqında proqnoz //
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
94-cü ildönümünə həsr olunmuş “Gənc Tədqi-
qatçıların I Beynəlxalq Elmi Konfransı”.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı
Mühəndislik Universiteti. Bakı, Bakı Mühəndislik
Universiteti: 05-06 may, 2017, s. 324-325.
5. Əfəndiyev S.Q. Azərbaycan sənayesinin
inkişafına dair strateji yol xəritəsinin başlıca
hədəfləri // Ümummilli lider Heydər Əliyevin ana-
dan olmasının 95-ci ildönümünə həsr olunmuş
“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfran-
sı”. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı
Mühəndislik Universiteti. Bakı, Bakı Mühəndislik
Universiteti: 27-28 aprel, 2018, s. 647-648.
10
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 3, 2021
e-ISSN 2789-4614
Sadiq Qahraman oqlu EFENDİYEV
Head of the "Science Department" of the Western Caspian University
E-mail: sadiq.efendiyev@wcu.edu.az
FACTORS AFFECTING THE SUSTAINABLE DEVELOPMENT OF PROCESSING
INDUSTRY
Abstract: In the article, the author analyzed the current state of the processing industry and noted the factors
affecting its sustainable development. The author also noted that the leading sector of the national economy is
the processing industry, the improvement of which is of particular importance in the implementation of
economic security, being a key industry and playing an important role for future development. All this makes
it necessary to manage the factors that impede the organization and regulation of the innovation process and
its improvement in the processing industry in the modern world, as well as their remanagement in accordance
with the state strategy for sustainable economic development.
Keywords: processing industry, economic development, national economy, investment resources, industrial
policy, development strategy.
Садик Гахраман оглы ЭФЕНДИЕВ
Заведующий "Отделом науки" Западно-Каспийского Университета
E-mail: sadiq.efendiyev@wcu.edu.az
УСТОЙЧИВОЕ РАЗВИТИЕ ОБРАБАТЫВАЮЩЕЙ ПРОМЫШЛЕННОСТИ И
ВЛИЯЮЩИЕ ФАКТОРЫ
Резюме: В статье автор проанализировал текущее состояние перерабатывающей отрасли и отметил
факторы, влияющие на ее устойчивое развитие. Автор также отметил, что ведущей отраслью народного
хозяйства является перерабатывающая промышленность, совершенствование которой имеет особое
значение в реализации экономической безопасности, являясь ключевой отрясль промышленности игает
важную роль для будущего развития. Все это делает необходимым управление факторами,
препятствующими организации и регулированию инновационного процесса и его совершенствованию в
перерабатывающей промышленности в современном мире, а также их переуправление в соответствии с
государственной стратегией устойчивого экономического развития.
Ключевые слова: обрабатывающая промышленность, экономическое развитие, национальная экономика,
инвестиционные ресурсы, промышленная политика, стратегия развития.
Daxil olub: 02.07.2021