Valideyn himayəsindən məhrum olan
uşaqlarda aqressiyanın növləri
M. V. HƏSƏNOVA
üstünlük təşkil edir və münaqişəni konstruktiv
həll etmək iqtidarında deyillər. Aşağı siniflərdə
şagirdlər diqqəti cəlb etmək üçün əllərindən
gələni edirlər. Müşahidə əsasında bu uşaqlarda
böyüklərlə ünsiyyət ehtiyacından xəbər verir ki,
bu da, davranışda müəyyən kənara çıxmalara
səbəb olur [4, s.98].
• Fiziki aqressiya- “rəqibə” qarşı fiziki güc
tətbiq etmək.
• Dolayı aqressiya - başqa bir şəxsə dolayı
şəkildə yönəldilmiş aqressiya və ya heç kimə
yönəldilməmiş aqressiya.
• Qıcıqlanma - ən kiçik həyəcanda mənfi
hisslərin təzahürü.
Aqressiya başqa bir və ya bir qrup insana,
heyvana zərər verən və ya zərər vermək niy-
yətində olan qəsdən edilən hərəkətlərdir. Psixo-
logiyada “aqressiya” termini müxtəlif cür şərh
olunur. Aqressiya (lat. Aggressio - hücum) -
fiziki və ya psixi zərər verməyə, hətta başqa bir
şəxsə və ya qrupun məhvinə yönəlmiş fərdi və
ya kollektiv davranış və ya hərəkətdir. Aqressiv
davranış açıq və ya gizli təhlükə, eləcə də zərər
ehtiva etməsi ilə fərqlənən hər hansı insan
davranışıdır [2, s. 33].
Psixoloji ədəbiyyatın tədqiqi göstərdi ki,
aqressiyanın yaranmasının əsas səbəbləri aşağı-
dakılardır:
1) Somatik xəstəliklər, beyin patologiyaları;
2) Ailə daxili münasibət problemləri: müba-
hisələr, ata və ana arasında münaqişələr;
3) Valideynlərin yalnız evdə deyil, həm də
cəmiyyətdə birbaşa aqressiv davranışı;
4) Uşaqlar üçün aqressiv davranış nümunəsi
kimi əsəbiliyi və şübhəsi ilə şagirdlərin
davranışında aqressiv fon yaradan müəllimin
təsiri
5) Aqressiyanın səbəbləri həm də uşaqların
xarakterik xüsusiyyətləri ola bilər, məsələn, həd-
dindən artıq həyəcanlılıq, affektiv partlayışlara
meyl və s.
• Neqativizm –aqressiyanın elə bir forma-
sıdır ki, o, formalaşmış adət və qanunlara qarşı
aktiv mübarizəyə passiv müqavimət formasında
özünü göstərir.
• Verbal aqressiya - şifahi reaksiyalar
vasitəsilə mənfi hisslərin ifadəsində özünü
göstərir.
Heç bir halda uşaqda aqressiya boğul-
mamalıdır. Buna görə də, uşaq evinin müəl-
limlərinin vəzifəsi uşaqlara başqalarına zərər
vermədən aqressiyalarını idarə etməyi, maraq-
larını müdafiə etməyi və sosial cəhətdən məqbul
üsullarla özlərini müdafiə etməyi öyrətmək
ehtiyacından ibarətdir. Axı aqressiya həm də
konstruktiv ideyalar və məqsədlər üçün enerji
mənbəyi kimi xidmət edə biləcək nəhəng
qüvvədir [1, s. 134-135]
Bütün deyilənləri ümumiləşdirərək qeyd
etmək lazımdır ki, artıq məktəb çağında aqressiv
davranış müxtəlif formalara malikdir. Psixolo-
giyada aqressiyanın növlərinin bir neçə təsnifatı
müəyyən edilmişdir ki, bu da davranışı düzəl-
tmək üçün tədbirlərin işlənib hazırlanmasını
asanlaşdırır.Aqressiyanın təzahürlərinin səbəb-
ləri müxtəlif ola bilər, lakin əksər hallarda bu cür
təzahürlər uşağın ətraf mühitindən və onun şəxsi
xüsusiyyətlərindən asılıdır [7, s. 111].
6) Çox vaxt uşaqların aqressiyasının səbəbi
valideynlər və müəllimlər tərəfindən diqqət və
anlayışın olmamasıdır və bir uşağın sosial
əlaqələri bərpa etmək üçün çıxılmaz cəhdidir[9,
s. 72-73]. Əgər uşaq heç olmasa bir dəfə
aqressivliklə istədiyinə nail olubsa və ətrafın-
dakılar ona təslim olubsa, o zaman məqsədinə
çatmaq üçün bu üsula əl atmağa davam edəcək.
Aqressiya üçün cəza eyni nəticəyə gətirib
çıxarır, çünki daxili aqressiya mütləq özünü
göstərə bilər: evdə deyilsə, məktəbdə, cəmiy-
yətdə və s. Beləliklə, aqressiyaya görə verilən
cəzalar onu azaltmır, əksinə, aqressiyanın
səviyyəsini daha da artırır.
Bu istiqamətdə işi həkim, psixoloq və
pedaqoq birgə həyata keçirə bilər. Fərdi işlərlə
yanaşı, qrup üsullarından da istifadə olunur.
Əsas yeri uşaq evinin sakinlərinə başqaları ilə
məqbul ünsiyyət üsullarını mənimsəməyə,
onların daxili dünyasına və digər insanların
emosiyalarına marağı inkişaf etdirməyə, qəzəbi
məqbul formada çıxarmaq yolları ilə tanış
olmağa kömək edən məşqlər və oyunlar tutur.
Oyun fəaliyyətləri valideyn himayəsindən məh-
rum olmuş uşaqlarda dəstəkləyici emosional
mühitdə başqalarına inam hiss etməyə imkan
verir. Qrupa yalnız aqressiv uşaqlar deyil, həm
də konstruktiv ünsiyyət bacarıqları nümayiş
etdirə bilən və nümunə ola bilən daha sakit
uşaqlar daxil edilir və qrupda sonuncular daha
Aqressiyanın növlərinin bir neçə təsnifatı var
[8, s. 33-34]:
70