79
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 2, 2022
(Humanitar elmlər seriyası)
e-ISSN 2789-4614
Pərvin Aydın qızı KƏRİMOVA
Xəzər Universiteti
İngilis dili və Ədəbiyyatı Departamentinin müəllimi
E-mail: pkerimova@khazar.org
KOMMUNİKASİYA VƏ ONUN TƏZAHÜR FORMALARI
Dövrümüzdə informasiyanın köçürülməsi və artması ünsiyyət prosesinə əhəmiyyətli təsir göstərmiş-
dir. İnformasiya daşıyıcılarının bolluğu və müxtəlifliyi kommunikasiya prosesində müəyyən fərqlərin
artmasına səbəb olmuşdur. Bütün hallarda ünsiyyət kommunikasiya vasitəsilə həyata keçirilir. Buna
görə də, müxtəlif informasiya vasitələrində istifadə olunan məlumatlar çoxçeşidli olması ilə diqqəti
cəlb edir. Məqalədə kommunikasiya ünsiyyət vasitəsi kimi təhlilə cəlb olunur, onun nəzəri məsələli
aydınlaşdırılır, informasiyanın təzahür formalarından bəhs olunur.
Açar sözlər: kommunikasiya, ünsiyyət, informasiya, forma
UOT: 159.97
DOİ: 10.54414/nxuh5540
Giriş
Obyektivliyə və doğruluğa, habelə normativ
düzgünlüyə dair bütün iddialar yalnız kommuni-
kativ bir cəmiyyət çərçivəsində əsaslandırılır.
Bir elm kimi kommunikasiya digər sahələrdə
(məsələn, sənət, ədəbiyyat, məişət və ya sənaye
münasibətlərində) cəmiyyətləri əks etdirən so-
sial bir prosesdir, quruluş içərisində birləşdirici
funksiyanı yerinə yetirir.
Kommunikasiyanın inkişaf problemi elmin
elmi çərçivəsində ən inkişaf etmiş bir xarakter
alaraq, elm çərçivəsində bir funksional alt sistem
təqdim edir.
İnformasiyanı ötürmək üçün müxtəlif va-
sitələrdən istifadə olunur. Dil və nitq belə va-
sitələrdəndir. Adresant informasiyanı müəyyən
şəkildə formalaşdırır, onu ötürmək üçün lazım
gələn şəklə salır. Adresant öz məqsədinə uyğun
olaraq müəyyən informasiyanı qarşıdakına çat-
dırmaq üçün semantik, məntiqi, formal, qram-
matik cəhətdən bir-birinə bağlı olan kompo-
nentlərin birləşdiyi informasiyadan istifadə edir.
İnformasiyanın psixolinqvistik təbiətə malik ol-
ması da onun ötürdüyü məlumatın məntiqi-se-
mantik bütövlüyü, tamlığı ilə şərtlənir. İnforma-
siyanın bu cür bütövlüyü müəyyən bir obyekt
barədə insan təxəyyülündə əmələ gələn xüsusi
bir psixolinqvistik fenomendir. Nitq məhsulu-
nun məntiqi-semantik bütövlüyü danışanın əqli
ilə dediklərinin birbaşa və yaxud dolayısı yolla
üst-üstə düşməsi kimi dərk edilməlidir [3, s.85]
.
İnformativlik kateqoriyası bəzən müba-
hisələrə də səbəb olur. Belə ki, bu bəzən sırf
linqvistik təhlil çərçivəsindən kənara çıxır. Bun-
lardan biri də informasiyadakı yenilikdir. İlk
qəbuledici üçün verilən məlumat çox zaman
yeni olur və buna görə də bu məlumat informa-
siya xarakteri daşıyır. Digər bir qəbuledici üçün
isə bu məlumat informasiya xarakterli olmaya-
caq. Çünki mövcud məlumat ona artıq məlum-
dur. İkinci məsələ isə alınan informasiyanın
dəyərliliyidir. Aydındır ki, informasiya təkrar-
landıqca öz dəyərliliyini itirir və nəticədə infor-
masiya olmaqdan çıxır. Həmçinin də məlumdur
ki, bəzi informasiyalar öz dəyərliliyini heç vaxt
itirmir.
Dil və nitq aktında kommunikasiyanın
rolu
Dil və ya nitq vasitəsilə ötürmə zamanı infor-
masiya hər hansı bir dildə istifadə olunan ifadə
formasına keçirilir. Məsələn, bu, Azərbaycan və
ya ingilis dilinə məxsus ifadə forması ola bilər.
Bu halda kod ingilis və ya Azərbaycan dili olur.
Məlumat, informasiya adresata çatdırılmalı xə-
bərdir. Kontekst bu, informasiyanın daşıyıcısı-
dır. Kontekst sözdən, cümlədən, abzasdan ibarət
olur. İnformasiya mübadiləsi belə bir sxem üzrə
baş verir.
Kommunikasiya aktının komponenti olan
kontekst informasiyanın predmeti kimi qəbul
olunur və buna görə də onu referent adlandırmaq
olar. Kommunikativ funksiya referentə uyğun
80
P. A. KƏRİMOVA
Kommunikasiya və onun təzahür formaları
gəldiyi üçün bu referentiv funksiya da hesab olu-
nur.
Kommunikativ funksiya dilin insanlar ara-
sında ünsiyyət vasitəsi hesab olunur. Ünsiyyət
aktında əsas beş komponent iştirak edir: adresat,
adresant, məlumat, kontekst, kod. Ünsiyyətin və
ya kommunikasiya aktının başlıca məqsədi
məlumatı, informasiyanı bir tərəfdən digərinə
ötürməkdir. Tərəflərdən biri informasiya ötürü-
cüsü, digəri isə informasiyanı qəbul edəndir.
İ.Qalperinə görə “informativlik” terminini iki
mənada işlədir:
a) ümumi qəbul olunmuş mənada;
b) termin kimi.
İlk növbədə, informasiya dedikdə bütün növ
məlumatlar nəzərdə tutulur. İnformasiya bir
cümlədə, cümlələr birliyinə və yaxud mətndə
ötürülə bilər. Bu mənada informasiya ideyalarla,
fikirlərlə ötürülmək istənilən ismarıclarla bağlı
olur [2, s.26]. “İnformasiya” termininin ikinci
mənası isə kommunikasiya məsələlərini öy-
rənərkən üzə çıxır. Bu terminin istifadəsinə o za-
man üstünlük verilir ki, predmetlər, əşyalar, ha-
disələr, münasibətlər haqqında yeni bir məlumat
verilir, yaxud qəbul edilir. Beləliklə də, deyə
bilərik ki, elmi planda öyrəniləndə heç də bütün
məlumatlar özündə informasiya ehtiva etmir.
İ.Qalperinə görə “informasiya” və “kommunika-
siya” terminləri üst-üstə düşmür, onlar bir-birini
inkar etməsələr də fərqli anlayışlardır [6, s.29].
Kommunikativ məqsəd və intensivlik dilin
kommunikativ funksiyasını yerinə yetirməkdə
mühüm rol oynayır. Kommunikativ məqsəd, ün-
siyyət fəaliyyətinin yönəldildiyi strateji bir
nəticədir. Ünsiyyət strategiyası, ünsiyyət zamanı
ünsiyyət məqsədinə çatmaq üçün danışanın at-
dığı nəzəri addımlardır. Bu tip nəzəri yanaşma-
ların mükəmməl birləşməsinə kommunikativ in-
tensiya deyilir . İlk dəfə bu termin N. Klyuevin
kitabında işlənmişdir [6, s.109].
Dil nitqin və ünsiyyətin kommunikativ funk-
siyalarını yerinə yetirir. Ancaq kommunikasiya-
nın yerinə yetirdiyi dil, nitq və ünsiyyət funksi-
yalarında bəzi fərqlər var. Bu fərqlərin daha ge-
niş nəzərdən keçirilməsi bəzi dəqiqləşdirmələr
tələb edir. Bu mövzular informasiya kateqoriya-
larını və vahidlərini, kommunikasiya funksiya-
larını və dil-nitq əlaqələrini əhatə edir. Bu möv-
zuya nitq və ünsiyyət bilikləri baxımından
baxsaq, bütün ünsiyyətdə istifadə olunan
sözlərin müxtəlif funksiyaları və xüsusiyyətləri
üzə çıxır.
Dilin kommunikativ funksiyası
Dilin kommunikativ funksiyası ünsiyyət pro-
sesinin amilləri ilə əlaqədar olaraq nitqin və in-
formasiyanın kommunikativ funksiyası kimi də
qəbul edilməlidir. Bu, artıq qeyd edildiyi kimi,
bir sıra mövzuların aydınlaşdırılmasını və onlara
cavabların verilməsini tələb edir [3, s.187].
Kommunikativ fəaliyyət zamanı ötürülən iki
informasiya tipi var:
Koqnitiv informasiya - insanın psixiki
fəaliyyəti nəticəsində əldə olunmuş və işarə sis-
temləri ilə sosial şəkildə ifadə olunmuş dünya
haqqında biliyidir. İnformasiyanın bu tipi, ilk
növbədə, biliyin məzmunu ilə bağlıdır, o infor-
masiya ötürücüsünün subyektiv təsirindən azad-
dır və buna görə də səmərəli praktik fəaliyyəti
üçün yararlıdır.
Dil informasiyası - dünya haqqında dil vahid-
lərindəki informasiyadır. Bu informasiya həmin
vahidlərin referensial, qrammatik və praqmatik
vahidlər mövcuddur. Dil informasiyasında əsas
diqqət biliyin məzmunundan onun formasına
yönəlir.
Kommunikasiyalar hər hansı təşkilat rəhbəri-
nin fəaliyyətinin əsas hissəsidir, çünki kommu-
nikasiya insanlar arasında zəruri məlumatların
mübadiləsidir.
İnformasiya mübadiləsi olmadan təşkilatın
rəhbərliyi və əməkdaşları birlikdə çalışa, həmçi-
nin qarşıya qoyulmuş məqsədlərə nail olmaq
üçün lazım olan vəzifələri yerinə yetirə
bilməzlər.
Amerika sosiologiyasının banilərindən biri
olan Ç.Kuli hesab edirdi ki, kommunikasiya de-
dikdə elə bir mexanizm başa düşülür ki, bu
mexanizm vasitəsilə insan münasibətlərinin
mövcudluğu və inkişafı – məkanda ötürülməsi
və zamanda saxlanılması qabiliyyətləri ilə bir-
likdə şüurun bütün simvolları mümkün olur.
Kommunikasiya özündə mimika, ünsiyyət,
jestlər, səs tonu, sözlər, yazı, çap, dəmir yolları,
teleqraf, telefon, məkan və zamanın fəth
edilməsi üzrə ən son nailiyyətləri ehtiva edir.
Kommunikasiya vasitələri və qalan xarici aləm
arasında aydın sərhəd mövcud deyildir. Lakin
xarici aləmin yaranması ilə yalnız fikirlərin ötü-
81
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 2, 2022
(Humanitar elmlər seriyası)
e-ISSN 2789-4614
rülməsi üçün nəzərdə tutulmuş standart simvol-
lar sistemi meydana çıxır və burdan da kommu-
nikasiyanın ənənəvi inkişafı başlayır.
K.Çerri kommunikasiyaya dil və işarələrin
köməyilə, müxtəlif məqsədyönlü fəaliyyətlər
üçün ümumi əhəmiyyətli qaydalar toplusunun
yaradılması ilə həyata keçirilən fərdlərin sosial
birləşməsi tərifini vermişdir. A.Ursul kommuni-
kasiyanın mürəkkəb dinamik sistemlər və onla-
rın məlumatı qəbul etmək, toplamaq və dəyiş-
mək imkanına malik hissələri arasında məlumat
mübadiləsi olduğunu vurğulayırdı [5, s.208].
Yuxarıda qeyd edilənlərdən çıxış edərək,
“kommunikasiya” anlayışına dəqiq tərif vermək
olar [11, səh. 43- Черри, К. Человек и
информация: пер. с англ. / К. Черри. - М.:
Связь, 1972. – 368с.].
Kommunikasiya insanlar və insan qrupları
arasında şifahi və yazılı, bədən dili və nitq para-
metrləri formasında ünsiyyət və məlumatın çat-
dırılması prosesidir. Kommunikasiyanın
müəyyən məqsədləri vardır. Bunlara aşağıdakı-
lar daxildir:
1) Subyekt və obyekt arasında məlumat
mübadiləsinin təşkil edilməsi;
2) İdarəetmə məlumatının emosional və in-
tellektual mübadiləsi prosesinin təşkil edilməsi.
3) Təşkilatdakı insanlar arasında əlaqə ya-
ratmaq.
4) Təşkilatın daxili mühitinə ümumi baxış-
ların formalaşdırılması.
5) Təşkilatın vəzifələrinin yerinə yeti-
rilməsi üçünkollektivlərin birgə işinin təşkil
edilməsi. [4, s.33].
Kommunikasiya prosesi müxtəlif kommuni-
kasiya subyektləri arasında məlumat müba-
diləsinin həyata keçirildiyi qarşılıqlı əlaqə pro-
sesidir. Kommunikasiya prosesi kommunikant-
ların qarşılıqlı əlaqəsi zamanı hər iki istiqamətdə
məlumatın formalaşması, ötürülməsi, qəbulu,
deşifrə olunması və istifadəsi mərhələlərinin di-
namik şəkildə bir-birini əvəz etməsini özündə
ehtiva edir. Məlumat mübadiləsi prosesi məlu-
matın formalaşmasından başlayır. Məsələn,han-
sısa məhsul haqqında müəyyən auditoriyaya ün-
vanlanmış reklam məlumatının hazırlanması
üçün onun analoqlarından sərfəli şəkildə
fərqlənən obrazının yaradılması lazımdır. Daha
sonra, reklam konsepsiyasını sahibin istehlak
prosesinə daxil olmasına qədər həyata keçirmək
lazımdır. Buna əsaslanaraq, satıcı və alıcı ara-
sında kommunikasiya prosesində istifadə olun-
maq üçün nəzərdə tutulmuş məlumat əşyalara
sosial dəyər verməyə kömək edən aşkar
(gerçək), eləcə də simvolik (obrazlı) məlumat-
ları özündə ehtiva etməlidir [6, s.168].
Məlumat ötürülməsi qabiliyyəti kommunika-
siyanın məqsədi, kommunikasiya kanallarının
formalaşdırılması, işarə sistemi (ünsiyyət dili,
simvol sistemi) kommunikasiyasının ümumi
tərəflərinin olması ilə müəyyən edilir. Ünsiyyət
dili hər bir kommunikasiya kanalı üçün fomalaş-
dırılmalı olan şifahi və yazılı nitq formalarının
janrları ilə xarakterizə olunur. Kommunikasiya-
nın standartlaşdırılması üslub standartlarına,
məlumatın ötürülməsi mexanizminə əsaslan-
maqla həyata keçirilir. Məna və qiymətləndirmə
məlumatının ötürülməsi üçün müvafiq verbal və
qeyri-verbal vasitələrdən istifadə edilir [5, s.67].
Ötürülən məlumat qəbul edən tərəfindən
adekvat olaraq qavranılmalıdır. Bunun üçün
şifrələnmə və deşifrələnmə vahid zənciri təşkil
edir. Kommunikasiyanın texniki vasitələrin
köməyilə həyata keçirildiyi halda, məlumatın
müxtəlif kütləvi informasiya kanalları (girişdə
eyni olan müvafiq apparaturanın və kommuni-
kasiya kanalının köməyilə) ilə şifrələnməsi və
deşifrə olunması təmin edilir.
Kommunikasiya faktorları dil şifrəsinin se-
çilməsi, eləcə də onların istifadə norması və
xüsusi kommunikasiya funksiyalarının aktual-
laşdırılması üsulları kimi kommunikasiyanın
qurulmasını formalaşdırır.
Dil şifrəsi mövcud kommunikasiya vasitələri
və kommunikasiya kanallarının həcminə, tezli-
yinə əsaslanmaqla seçilir. Dil şifrəsinin se-
çilməsinə həmçinin nəşrlərin tematikası, janrı,
radio və televiziya verilişlərinin tipi də təsir edir.
Şifrə seçimi mətbuat, radio və televiziyada real
olaraq işlədilən dil növləri ilə müəyyən edilir.
Müvafiq təhsil və mədəni səviyyəyə aid insanlar
üçün öz dil şifrəsi seçilir. Milli regionlarda
qanunla KİV-lərdə, təhsil və elmi müəssisələrdə
əhalinin yerli dilinin istifadəsinin zəruriliyi
göstərilir [5, s.109].
Nəticə
Nitq kommunikasiyası prosesinə estetik
tələblər sırasına xoş səslənməyən və nadir
işlədilən formaların istifadəsinin məhdudlaşdı-
rılması və ya tam istisna edilməsi, bir ifadədə
82
P. A. KƏRİMOVA
Kommunikasiya və onun təzahür formaları
ümumi kökə və eyni məzmuna malik sözlərə,
əsassız təkrarlara, pauzalara yol verilməməsi
daxildir.
Kommunikasiya prosesinin effektivliyi məş-
hur adlara, nüfuzlu şəxslərə istinadı artırır. İn-
sanlar fikirlərinin məşhur şəxsiyyətlərin nöq-
teyi-nəzəri ilə üst-üstə düşdüyü zaman özlərini
əmin hiss edirlər. Tez-tez kommunikasiya pro-
sesində dinləyicini (oxucunu, tamaşaçını) sirli
dünyaya aparmaq məqsədilə ekzotik ter-
minlərdən istifadə edildiyini görmək olar. Eyni
zamanda, məlumatın anlaşılmaz və həm də
təsəvvürü qarışdıran sözlərlə həddindən artıq
doldurulması anlaşılmazlıq baryeri yarada bilər
[5, s.98].
Kommunikasiyanın informativliyi onun ma-
hiyyət və məzmununa, mövzusuna və müəllif
konsepsiyasına, düşüncə predmetinin müəllif
tərəfindən qiymətləndirilməsinə daxil edilmiş
yenilikdir. Buradan belə nəticəyə gəlmək olur ki,
kommunikasiyanın funksionallığı onun hansı
sahələrdə fəaliyyət göstərməsini nəzərdə tutur.
Bu, kommunikasiyanın sosial funksiyası ilə bağ-
lıdır. Kütləvi informasiya vasitələrindəki infor-
masiyalar sosial, siyasi, iqtisadi, mədəni, elmi,
idman və s. sahələrə aid olur. Belə informasiya
vahidləri kütləvi oxucu və dinləyici üçün
nəzərdə tutulur. Kommunikasiyanın funksional
kateqoriyaları elə keyfiyyətləri özündə əks etdi-
rir ki, onlar informasiyanın təşkilində ayrı-ayrı
kommunikantların tələbi ilə deyil, kommunika-
tiv aktın xüsusiyyətlərindən irəli gələn fəaliyyət
və aspektlər formasında meydana çıxır.
Beləliklə, kommunikasiya prosesini
dəstəkləyən müxtəlif üsullardan və kütləvi infor-
masiya vasitələrinin fərdlərə və sosial qruplara
təsirinə imkan verən amillərdən istifadə kommu-
nikanta məlumat mübadiləsi prosesini lazımi is-
tiqamətə yönəltməyə və qarşıya qoyduğu
məqsədlərə nail olmağa imkan verir.
ƏDƏBİYYAT SİYAHISI
1. Брехт Б. История жизни. M., Логос,
2003, 156 с.
2. Динсмор ДЖ. Ментальные
пространства с функциональной точки
зрения // Язык и интелект. Сб. / пер. с англ.
И нем. / сост. И вступ. Ст. В.В. Петров. М.,
1995, с. 385-411.
3. Кривенко Б.В. Язык массовой
коммуникации: лексико-семиотический
аспект. Воронеж: ВГУ, 1993, 224 c.
4. Немов, Р.С. Психология.
Психодиагностика. М.:Владос, 2001, 640 с.
5. Урсул, А.Д. Природа информации.
М.: Политиздат, 1968. 288с.
6. Черри К. Человек и информация: пер.
с англ. М.: Связь, 1972, 368с.
Парвин Айдые кызы КАРИМОВA
Преподаватель Хазарского университета, Факультет английского языка и литературы
E-mail: pkerimova@khazar.org
КОММУНИКАЦИЯ И ФОРМЫ ЕЕ ПРОЯВЛЕНИЯ
Передача и приумножение информации в наше время оказали значительное влияние на процесс
общения. Обилие и разнообразие носителей информации обусловило увеличение определенных
различий в процессе коммуникации. Во всех случаях общение осуществляется посредством общения.
Поэтому информация, используемая в различных средствах массовой информации, привлекает
внимание своим многообразием. В статье анализируется коммуникация как средство коммуникации,
уточняются ее теоретические вопросы, рассматриваются формы проявления информации.
Ключевые слова: коммуникация, отношение, информация, форма
83
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 2, 2022
(Humanitar elmlər seriyası)
e-ISSN 2789-4614
Parvin Aydın KARIMOVA
Lecturer at Khazar University, Department of English Language and Literature
E-mail: pkerimova@khazar.org
COMMUNICATION AND ITS MANIFESTATION FORMS
In our time, the transfer and increase of HIV has had a significant impact on the communication process. The
abundance and diversity of information carriers has led to an increase in certain differences in the communi-
cation process. In all cases, communication is carried out through communication. Therefore, the information
used in various media attracts attention with the fact that it is multifaceted. The article deals with the analysis
of communication as a means of communication, its theoretical issues are clarified, and the forms of commu-
nication are discussed.
Keywords: communication, attitude, information, form
Daxil olub: 15.07.2022