Miladi Ⅶ əsrdə yaşadığı və əsrin sonlarında
vəfat etdiyi fikri irəli sürülmüşdür [6, s. 15-16].
Tarixi mənbələrdəki bəzi məlumatlar da
dəqiq deyildir. Fərruxi Sistaninin “Tarixi
Sistan” əsərində ərəblər tərəfindən işğal olunan
Bust şəhərində Salim adlı bir gəncin olduğu və
daha sonra tanındığı qeyd edilmişdir [6, s. 15].
badi alim Şəmmaxi (928/1522), onun İbadiliyin
görkəmli nümayəndəsi Cabir ibn Zeydlə
(93/712) məktublaşdığını və tanınmış İbadi-
lərdən biri olan Əbu Ubeydə Müslim ibn Əbi
Kərimə (145/762-763) ilə də eyni dövrdə
yaşadığını qeyd etmişdir [1, s. 235].
Salim ibn Zekvanın Cabir ibn Zeydlə
məktublaşması və həm də Cabirdən təxminən
əlli il sonra vəfat edən Əbu Ubeydin müasiri
olması mümkün deyil. Buna görə də Şəm-
maxinin verdiyi məlumatlardan yalnız biri
doğrudur [7, s. 467].
Liviyalı İbadi tədqiqatçısı Əmr Xəlifə ən-
Nami, Şimali Afrikada naməlum bəzi İbadi
əlyazmalarıyla bağlı qələmə aldığı bir məqa-
ləsində, bənzər bir fikir irəli sürərək, Cabir ibn
Zeydə aid olan risalələr kolleksiyası içərisində,
onun Salimə yazdığı bir risaləsinin olduğunu
demişdir [2, s. 15-17]. Bu mövzuyla maraqlanan
bəzi tədqiqatçıların fikrincə də o, Cabirin mü-
asiri olmuşdur. Bu məlumatlar əsasında, Salimin
Hicri təqvimi ilk əsrində yaşadığı ortaya çıx-
mışdır. Salimin əsərində Xariciliklə bağlı 70/689
ilindən sonrakı hadisələrə yer verilməməsi,
Mürciə məzhəbinin sadəcə ilk təşəkkül dövrü ilə
bağlı məlumatların olması, həm Salimin Cabir
ibn Zeydlə eyni dövrdə yaşadığını, həm də
əsərin 70/689-cu illərin əvvəlində yazıldığını
göstərir [7, s. 467-469].
Salimin 717-719/99-101 illəri arasında
yaşadığı, Ummanın Təvam bölgəsində doğul-
duğu deyilir. Salim haqqında ən çox bilinən
xüsusiyyət, Ömər ibn Əbdüləzizin yanına gedən
altı nəfərlik qrupun içində olmasıdır. Salimin
Ömər ibn Əbdüləzizin yanına gedən altı nəfərlik
qrupun içində olması və yazdığı “əs-Sirə” adlı
əsəri, Salimin İbadiyyə firqəsi içində mühüm bir
elmi və fikir şəxsiyyəti olduğunu göstərir [4, s.
99].
“Sirə”ni nəşr edən Patricia Crone və Fritz
Zimmerman, onun Cabir ibn Zeydlə (93/712)
məktublaşması, Bəsrədən kənarda yaşadığını
ağla gətirsə də lakin onun haralarda və dəqiq
hansı dövrdə yaşadığının bəlli olmadığını
söyləmişlər [5, s. 12-16].
Salim, “əs-Sirə” adlı əsərinin ilk bölməsində
Quranın nazil olma səbəbi və xüsusiyyətləri,
tövhidin mənası və əhatə etdikləri, təqva və
cihadın əhəmiyyəti kimi mövzuları işləmişdir.
Bu bölmənin davamında elçilər, elçilərin
vəzifələri, bu kontekstdə Hz. Məhəmmədin
mövqeyi və vəzifəsini, onun dövründə Ərəbistan
yarımadasında olan Əhli-Kitab, Məcusilər və
müşriklər kimi dini icmaları işləmişdir. Daha
sonra dörd xəlifə haqqında məlumat vermişdir.
Hz. Osman və Hz. Əli dövrü ətraflı şəkildə izah
edilmişdir. Xariciliyin meydana gəlməsinə
zəmin hazırlayan Cəməl, Siffeyn döyüşləri və
Təhkim hadisəsi xüsusilə işlənmişdir. Daha
sonra Salim, Əzrəqi və Nəcədat kimi Xarici
firqələrindən də bəhs etmişdir. Əsər, ilk Xarici
firqələrlə bağlı məlumatları, Xaricilərə aid
orijinal bir mənbədən bizə təqdim edir. Salim,
əsərinin son bölməsində Mürciəyə tənqidlər
yönəltmiş, Səbbabə adlandırdığı Səbəiyyədən
bəhs etmiş və Fətənə kimi ifadə etdiyi fitnə
qrupu və bu qrupun düşüncə və inanc tərzindən
də söhbət açmışdır [7, s. 100-114].
Salimin “əs-Sirə” adlı əsəri, ilk dövr Kəlam,
Etiqadi İslam Məzhəblər Tarixi və İslam Tarixi
ilə bağlı əhəmiyyətli və orijinal bir əsərdir.
Əsərin elmi dairələrdə meydana çıxması,
daha yeni sayılan bir dövrlə üst-üstə düşür. “əs-
Sirə”nin meydana çıxmasıyla birlikdə, xüsusiylə
Məzhəblər Tarixi ilə bağlı bəzi düşüncə və baxış
tərzləri müzakirə olunmuş və bunların bir qismi
dəyişmək məcburiyyətində qalmışdır. “əs-Sirə”,
Xariciliklə bağlı məlumat verən ilk mənbə əsər
olmaq xüsusiyyətinə də sahibdir. Əsər həm də
erkən dövr İslam Tarixində meydana çıxan
hadisələri və inkişafı İbadi / Xarici baxış bucağı
ilə ortaya qoymuşdur.
Salim ibn Zekvanın “əs-Sirə” əsəri
kontekstində iman və siyasət anlayışı
Salim ibn Zekvan əsərində ilk dörd xəlifə
haqqında dəyərləndirmələr də aparmışdır.
Salim, Hz. Əbu Bəkr və Hz. Ömərin seçki
prosesi, siyasi və hüquqi qərarları haqqında
təfərrüata toxunmadan, müsbət və xalqın
məmnun olduğu bir dövr kimi bəhs etmişdir.
Salim, Hz. Əbu Bəkr və Hz. Ömərin seçil-
mələrini və xəlifəliklərini hüquqi və doğru bir
qərar olaraq görmüşdür. Səhabənin, Hz.
Məhəmmədin vəfatından sonra, din, dövlət və