Gürcüstanın yeganə Cənubi Qafqaz dövləti-
dir ki, Qara dənizə birbaşa çıxışı vardır. Bu da
Gürcüstanın region geosiyasətinə birbaşa təsir
göstərir. Belə ki, Xəzər dənizi hövzəsi enerji eh-
tiyatlarının təhlükəzi Avropa bazarlarına daşı-
maq üçün sabit bir Gürcüstana ehtiyacları vardır.
Müasir geosiyasi nəzəriyyələrə görə, dünya ti-
carətinin əsas qloballaşmalarından birini təşkil
edən Qara dəniz böyük güclərin maraqlarının
kəsişdiyi mühüm regiondur. Çünki Makkinderin
“quru hökmranlığı nəzəriyyəsi”nə görə,
“mərkəzi” bölgəyə ən asan çıxışı təmin edəcək
vəziyyətdə olan Qara dəniz, Spykmanın “kənar
qurşağı nəzəriyyəsi”nə görə Avropanı Yaxın
Şərq və Asiya ilə birləşdirir. Mahanın “dənizdə
hökmranlıq nəzəriyyəsi”nə görə, Qara dənizdə
hökmranlıq edən güc bölgəyə nəzarət etmək
üçün coğrafi mövqeyə malik olacaqdı. Schak-
lian-ın "hava hökmranlığı nəzəriyyəsinə" görə,
Qara dəniz mərkəzi bölgəyə və dünya adasına
hakim olmaq üçün coğrafi mövqedədir(10, s. 2).
Tiflisin xarici siyasət strategiyasında beynəlxalq
münasibətlərin 3 vacib aktoru (NATO, Aİ, ABŞ)
ilə münasibətlərin dərinləşdirilməsi prioritet ola-
raq qəbul edilir və bu istiqamətdə qarşılıqlı ola-
raq xeyli işlər görülüb. Buna baxmayaraq, Gür-
cüstan hələ də hər 3 güc mərkəzi ilə müna-
sibətlərində əsas məqsədlərinə çata bilməyib.
Belə ki, ölkənin NATO və Aİ üzvlüyü yaxın
perspektivdə qeyri – müəyyən görünür, Birləş-
miş Ştatlar isə Gürcüstana NATO – dan kənar
təhlükəsizlik qarantiyası verməkdə həvəsli gö-
rünmür. Bütün bu amillər Gürcüstan ətrafında
ilk növbədə təhlükəsizlik risklərini periodik ola-
raq artırır [14 s 5].
Gürcüstan xarici siyasətində digər regional
“oyunçular” olan İranla da münasibətlərə xüsusi
önəm verir. Rəsmi Tiflisin Türkiyə ilə müna-
sibətlərdə prioritet hesab etdiyi faktorlar ölkənin
regional iqtisadi və təhlükəsizlik maraqları ilə
bağlıdır. Son illərdə Gürcüstan iqtisadi – ticari,
enerji, təhlükəsizlik – müdafiə sahələrində Tür-
kiyə ilə əməkdaşlığnı xeyli genişləndirib. Xüsu-
silə enerji və təhlüksizliklə bağlı yalnız ikitərəfli
deyil, üçtərəfli (Azərbaycan – Gürcüstan – Tür-
kiyə) tərəfdaşlıq münasibətlərinin ciddi əsasları-
nın formalaşdığını qeyd edə bilərik. Məhz bu
əməkdaşlığın nəticəsində regionda böyük enerji,
nəqliyyat layihələri (BTC, Bakı-Tiflis –Ərzu-
rum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı – Tif-
lis – Qars dəmiryol xətti və s.) həyata keçirilib.
2012 – ci ilin iyununda üç ölkənin xarici işlər
nazirlərinin birgə imzaladığı Trabzon bəyan-
naməsi regionda Gürcüstan – Azərbaycan – Tür-
kiyə münasibətlərinin ümumi konturlarını
müəyyənləşdirdi. Konseptual yanaşdıqda Gür-
cüstan, ilk növbədə, Rusiya amilinə görə Tür-
kiyənin Cənubi Qafqazda cərəyan edən pro-
seslərdə fəal iştirakında maraqlıdır. İki ölkə ara-
sında strateji tərəfdaşlıq münasibətlərinə baxma-
yaraq, son illərdə Gürcüstan – Türkiyə müna-
sibətlərində meydana çıxan bəzi problemləri də
nəzərdən qaçırmaq doğru olmazdı. Türkiyənin
Osmanlının keçmiş əraziləri olan Acarıstan və
Abxaziyada təsirinin artması rəsmi Tiflisi nara-
hat edən əsas məqamlardandır. Xüsusilə Tür-
kiyənin tanınmamış Abxaziya Respublikası ilə
qeyri– rəsmi siyasi, iqtisadi, mədəni əlaqələr
qurması zaman – zaman Tiflis – Ankara müna-
sibətlərində gərginlik yaradır [7].
Gürcüstanın son vaxtlar üzləşdiyi bəzi prob-
lemlərin dərin tarixi kökləri olduğu görünür.
Bəziləri isə xüsusilə müstəqillik əldə etdikdən
sonra milli kimliyin qurulması prosesində mey-
dana çıxan kimi görünür. Bu prosesdə belə ciddi
mənfi və ya əks təsirlərin yaşanmasının səbəbi,
görünür, milli kimliyin həm din, həm də etnik
mənsubiyyət baxımından kövrək bir coğrafiyada
inklüziv elementlər deyil, assimilyasiya və mar-
ginallaşdırıcı (yaxud özgəninkiləşdirən, başqa-
laşdıran) terminlər üzərində qurulmasıdır. Gür-
cüstanda qurulan bu milli özünəməxsusluq onun
xarici siyasətinə, xüsusən də müstəqilliyin ilk
illərində dərindən təsir göstərmişdir. İlk illərdə
ölkədaxili sülhün bərqərar olması və Rusiya ilə
münasibətlərin qorunub saxlanmasında sərt mü-
nasibət və/yaxud siyasət daxildə keçmiş sovet iş-
çilərinə qarşı qərəzli və marginal, xarici si-
yasətdə isə Rusiyaya qarşı düşmən münasibətə
səbəb olmuşdur. Abxaziya və Cənubi Osetiya
problemini nəzərə alsaq, bu iki regional proble-
min sülh yolu ilə həll oluna bilməməsinin ən mü-
hüm səbəbi kimi millətçi siyasət önə çıxır.
Müstəqillikdən sonrakı dövrdə Gürcüstanın
daxili siyasətində həyata keçirdiyi bu etnik-dini
millətçilik və dini ayrılıq siyasəti ölkə daxılındə
ixtişaşlara səbəb olur ki, bu da onun xarici si-
yasətini ləngidir.
Ermənistan-Azərbaycan müharibəsi son-
rası regionda Türkiyə - Rusiya regional
əməkdaşlığı: problemlər və gələcək prespek-
tivlər. Cənubi Qafqazda XX əsrdə ikinci dəfə öz