ondadır ki, təsadüfi və müvəqqəti dəblərə uymur
və öz incə xəttli, zövqlu və keyfiyyətli brendini
davam etdirir.
Hazırda Armaninin şirkəti bir neçə isti-
qamətdə - “Giorgio Armani”, “Emporio Ar-
mani”, “Armani Exchange”, “Armani ABŞ”,
“Cins şalvarlar Armani” dəbli geyimlər, ətir və
ayaqqabı istehsalında inkişaf etmiş və aparıcı
istehsalçılardan birinə çevrilmişdir. Armani
geyim və ayaqqabılarından əlavə, L’Oreal ətir
şirkəti ilə müqavilə əsasında məşhur Armani
ətirləri, tualet suyu istehsal olunur.
Djanni Versaçi:
Versaçi Dekabrın 2-si, 1946-cı ildə Italiyada
dərzi ailəsində anadan olmuşdur. Anasının kiçik
şəxsi moda evi var idi. O zamanlar üçün bu
moda evinə əsas etibarı ilə zəngin xanımlar və
bəylər gəlib özləri üçün geyim sifariş edirdilər.
Djanni Versaçi uşaqlıq illərindən anasına kömək
edir, əvvəlcə paltar tikməyi öyrənir, sonralar isə
parçaların alışına nəzarət edirdi [2].
28 mart, 1978 – ci ildə o, öz şəxsi kolleksi-
yasının prezentasiyasını keçirir və çox tezliklə
məşhurlaşır. Versaçi hələ uşaqlıqdan qədim
Yunanıstanın tarixi ilə və eləcə də, Roma İm-
periyası tarixi haqqında çox maraqlandığından
onun kolleksiyalarında Yunan və Roma geyim
üslübu sezilirdi.
Səksəninci illərdə o, moda dünyasında bir
sensasiya yaratmağa nail olur. Sakit rənglərin
hökm sürdüyü bir dövrdə, Versaçi parlaq, iri
çaplı, naxışlı və seksual görünən paltar kəsik-
lərindən istifadə etməklə moda dünyasında bir
növ şok yaşatdı. Onun “dəb-dəbəli klassisizm və
açıq seksuallığın vəhdəti” üslübu tənqidçilər və
cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı.
O, hətta heyvan dərilərindən, barokko üslubun-
dan, eləcə də müasir pop və prank üslubunu
birləşdirən parlaq təzadlı bir üslub yaradırdı.
Axşam geyimlərində o, hündür daban ayaq-
qabılardan və qızıl aksessuarlarından istifadə
edirdi.
Versaçi həmçinin teatrlarla yaxından
əməkdaşlıq edir və bəlkə də incəsənətin bu
növündə onun uğurları geyim rəssamı kimi daha
möhtəşəm idi. Onun geyimləri bir çox opera və
balet səhnələrində nümayiş olunurdu. Bu da,
şübhəsiz Versaçinin bir İtalyanlı kimi teatra
vurğunluğundan irəli gəlirdi.
Versaçı yarımtonların düşməni idi desək,
məncə yanılmarıq. O, parlaq yazıları, qışqıran
rəngləri xoşlayırdı. Sanki, bütün varlığı ilə “bu
mənəm, Versaçiyəm, mən beləyəm!” demək
istəyidi.
Versaçi geyimlə yanaşı həmçinin akses-
suarlar, ətirlər, çantalar, ev əyşaları, qabların,
mebellərin dizaynı və sairə dəbdə olan əşyaların
yaradıcılığı və istehsalı ilə məşğul idi.
Versaçı 90 – cı illərdə İtaliya istehsalını
dünya arenasına çıxardan mühüm iş adam-
larından birinə çevrilir. Şübhəsiz, bu, İtalyan
iqtisadiyyatı üçün böyük töhvə idi.
O, tez-tez Yunan və Roma mifalogiyasının
müxtəlif işarə və obrazlardan öz əsərlərində
istifadə edirdi. Versaçı öz moda eviinin emblemi
kimi Meduza Qarqonun başını seçmişdi.
Əfsanədən məlum oldğu kimi Meduza Qar-
qonun gözlərinə baxan kəs həmən an şokdan
daşa dönməli idi. Versaçi bununla özü dediyi
kimi, tamaşaçıları şık üslubu ilə şoka salmağa
çalışırdı.
Qısa müddətdə Versaçi özünün moda imperi-
yasını yaratmağa nail oldu. Təəssüflər olsun ki,
50 yaşında ikən onu öz malikanəsinin önündə
müəmmalı şəkildə güllələyib öldürürlər. Lakin
onun moda imperiyası bu günə qədər yaşamaqda
davam edir. Onun moda evləri Versaçinin adını
həmişə yüksək tutmağa çalışır.
Hazırda “Versaçi moda evi”nə onun bacısı
Donatella rəhbərlik edir. O, öz kolleksiyalarında
qardaşının üslubunu, şık və seksaullığı qoru-
mağa çalışır.
Valentino Qaravanni:
Qaravanni 11 may 1932 –ci ildə İtaliyada
anadan olmuşdur. O, dindar katolik ailəsində
göz açmışdı. Atası kiçik bir dükanda lampa
satmaq ilə məşğul idi. Anası isə sadə evdar qadın
idi. Uşaqlıqdan şəkil çəkməyi çox xoşlayırdı. 7