12
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 2, 2022
(Humanitar elmlər seriyası)
e-ISSN 2789-4614
Kifayət Nurəddin qızı BUNYATOVA
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinın dosenti
E-mail: azadova.aysu@mail.ru
AZƏRBAYCAN KİNOSUNUN FƏDAKAR TƏDQİQATÇISI MƏSUMƏ RZAYEVA
Xülasə: Təsvir olunan obyektin, faktın, hadisənin xarakterindən, çatdırılan məlumatın konkret yü-
kündən, ümumiləşdirmənin, alınan nəticələrin miqyasından, dərəcəsindən, tipikləşdirmə öl-
çülərindən, ədəbi-üslubi vasitələrin xarakterindən və s. asılı olaraq, ekran yaradıcılığının digər növləri
kimi sənədli kino növünün də özünəməxsus çeşidləri, janrları mövcuddur. Qeyd edək ki, sənədli fil-
min janrları zaman-zaman mutasiya еdir, dəyişilir, еkspеrimеnt yоlu ilə yеniləri yaranır.
Açar sözlər: təsvir, kadrarxası mətn, informasiya, sənəd, fakt, tədqiqat.
UOT: 791.43
DOİ: 10.54414/lxje7062
Giriş
Milli kino sənətimizin tarixindən, estetik
problemlərindən xeyli sayda xülasələr, məqa-
lələr və kitablar yazılmışdır. Belə kitab və
məqalələrin müəlliflə+rindən biri də kinoşünas
Məsumə Rzayeva olmuşdur.
Azərbaycan kinosunun inkişafını və geniş
formalaşma miqyasını imkan dairəsində tam çat-
dırmaqla, onun əsas mərhələlərini, inkişaf
dövrlərini əks etdirmək bugün kinoşünaslar qar-
şısında duran əsas vəzifədir.
Əsas mətn
Sənədli filmlərimizin öyrənilməsində, təhli-
lində sənətşünas Məsumə Rzayevanın rolu çox
böyükdür. Məsumə Rzayevanın kinomuzun inki-
şafına, kinomuzda olan müəyyən problemlərin
həllinə həsr olunmuş onlarla məqaləsi vardır. O,
sənədli filmlərimizə, ümumiyyətlə kino sənəti-
mizə həsr olunmuş bir neçə kitabın müəllifidir.
“Elm” nəşriyyatı tərəfindən buraxılmış “Azər-
baycan sənədli kinosu” (1920 – 1965) kitabı o
dövrdə Azərbaycan Kinematoqrafçılar ittifaqının
xüsusi mükafatına layiq görülmüşdür. Bu kitabda
Azərbaycan sənədli kinosunun əsasını qoyan
Muxtar Dadaşov, Mirzə Mustafayev, Seyfulla
Bədəlov və başqalarının yaradıcılığı haqqında ət-
raflı məlumat verilmişdir.
Ölkəmizdə sənədli filmlər sahəsində istedadlı
sənətkarlar – rejissorlar, operatorlar yetişmişdir.
Sənədli kinonun inkişafında kino tənqidçilərin də
xüsusi rolu var. Sənətşünas Məsumə Rzayeva da
öz taleyini Azərbaycan sənədli filmlərinin öy-
rənilməsinə, təhlilinə həsr etmişdir. Məsumə
xanım öz peşəsinə qəlbən, ruhən bağlı bir insan
olmuşdur. O, öz işindən – sənədli filmlərin təhlili
və tədqiqindən, onun tamaşaçı arasında təbli-
ğindən xüsusi zövq almışdır. Bunu onun yazıla-
rında və məqalələrində hiss etmək mümkündür.
O, sənədli filmlərdən öz məqalələrində məhəb-
bətlə söz açırdı. Sənətə belə vurğunluq Məsumə
xanımın elmi fəaliyyətində özünü biruzə vermiş-
dir.
Məsumə xanım Bakı kinostudiyasının sənədli
filmlər şöbəsində redaktor, daha sonra isə baş re-
daktor işləmişdir. Kinostudiyada işlədiyi illərdə
o, seçdiyi sənətə daha da qəlbən bağlanmışdır.
O, sənədli filmlərin sirlərini daha dərindən,
hərtərəfli öyrənməyə çalışmışdır. Kino xadim-
lərimizdən Mikayıl Mikayılov, Rza Təhmasib,
Muxtar Dadaşov, Ağarza Quliyev və s. ilə birgə
işləməsi onu kino sahəsində daha da məhsuldar
fəaliyyət göstərməyə ruhlandırmışdır.
Sənədli filmləri dərindən, hərtərəfli öy-
rənməyi, incəsənət sirlərinə daha da dərindən
yiyələnməyi qarşısına məqsəd qoyan Məsumə
xanım 1962–ci ildə Memarlıq və İncəsənət İns-
titutunun aspirantura şöbəsinə qəbul olunmuş,
uzun illər Bakı, Moskva və digər şəhərlərin ki-
tabxanalarında axtarışlar aparmış, arxivlərdə
işləyərkən yeni sənədlər ortaya çıxarmış, onları
dövrlər üzrə müəyyən etmiş, sənədli filmlərin
janrları, xarakterləri, onların bir – birlərinə mü-
nasibətləri haqqında tədqiqat işləri aparmışdır.
Bu işlər gözəl nəticə vermiş, Məsumə xanım
məşğul olduğu sahəyə aid bir sıra dəyərli fikirlər
irəli sürmüşdür.
13
K. N. BUNYATOVA
Azərbaycan kinosunun fədakar tədqiqatçısı
Məsumə Rzayeva
Məsumə Rzayevanın çıxışlarında, məqalə-
lərində xüsusi əhəmiyyət verdiyi bir cəhət olub.
Belə ki, onun fikrincə sənədli filmlər tamaşaçı-
nın qəlbinə yol tapmalı, ruhunu oxşamalı güclü
təsir qüvvəsinə malik olmalıdır, yeri gələndə isə
kədərləndirməli, hiddətləndirməlidir.
Məsumə xanım elmi – yaradıcılıqla məşğul
olarkən bir an da unutmamışdır ki, o sənədli film
yaradan rejissorların köməkçisi, yeri gələndə isə
istiqamətləndiricisidir. Onun əsərləri, məqalələri
təkcə geniş oxucu kütlələrinə gərək olmayıb,
sənədli film yaradan kino xadimlərimizin masa-
üstü kitabına çevrilmişdir.
Məsumə Rzayeva sənədli filmlərlə əlaqəli ke-
çirilən bir neçə elmi konfransın, simpoziumun
iştirakçısıdır.
Məsumə xanım sənədli filmlərdən danışarkən
onun əsas qayəsini aydın müəyyənləşdirir:
“Sənədli film incəsənətdir. Onun üzərində incə-
sənətin hər hansı növündə olduğu kimi həyati
hadisələri nəzərə çatdırmaq deyil, onların icti-
mai səviyyəsini açmaq vəzifəsi durur.”
Filmləri təhlil edərkən Məsumə Rzayeva
həmin filmin yaradıcı heyətinin keçdiyi yolları
sanki bir də təzədən özü keçir, əsərin qəhrəman-
larının hiss və həyəcanlarına, üzləşdikləri çətin-
liklərə həmdərd olur, onların qəhrəmanlıqlarına,
nailiyyətlərinə görə qürur hissi keçirir. Məsumə
Rzayevanın keçirdiyi bu hisslər, həyəcanlar
onun yazılarında da öz əksini, ifadəsini tapır.
Məsumə xanım Moskva Elmi Tədqiqat Kino
İncəsənət İnstitutunun tapşırığı ilə “Sovet kinosu
sənədlərdə” çoxcildliyinin “Azərbaycan kinosu”
bölməsi üçün 1917 – 1980 - cı illər üzrə sənədlər
toplamış və onlara elmi izahlar yazmışdır.
1985 – ci ildə Azərbaycan Elmlər Akademi-
yasının Mərkəzi kitabxanası onun tərtib etdiyi
1920 – 1980 - cı illər ərzində C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında istehsal
edilmiş xronikal sənədli, elmi – kütləvi və sifa-
rişlərlə çəkilmiş filmlərin kataloqunu və 1986 –
cı ildə “Elm” nəşriyyatı onun “Partiya və Azər-
baycan kinomatoqrafçılarının yaradıcılıq axta-
rışları” adlı kitabını çap etmişdir ki, bu da xüsusi
əhəmiyyətə malikdir.
Bu kitablarda Məsumə Rzayeva filmləri his-
sələrə bölmüşdür. Demək olar ki, araşdırdığı
həmin dövrün bütün filmləri təhlil olunmuşdur.
Burada sənədli film xadimlərinin yaradıcılığı
yığcam və hərtərəfli təsvir olunmuşdur.
Bu kitabda Məsumə xanım sənədli film usta-
larımızın qarşısında ciddi vəzifələrin durduğunu
qeyd edərək müasirlərinin zəngin dünyasını, öz
amalları uğrunda mübarizə aparan, yaradan in-
sanların obrazlarını sənədli kadrlar vasitəsiylə
gələcək nəsillərə çatdırmağı vacib və şərəfli sa-
yırdı. Müəllif kinoportret, kinooçerk, mənzərə
filmlərinin çəkilməsi sahəsində sənədli film us-
talarının işini geniş işıqlandırmışdır. Kitabda ki-
noportretlərin təhlilinə xüsusi yer verilmişdir.
Burada müxtəlif peşə sahiblərinin, müxtəlif ta-
beli insanların həyatına, əməyinə həsr olunmuş
filmlərə xas xüsusiyyətlər hərtərəfli açıqlanmış-
dır.
Müəllif fəhlələrin həyatından bəhs edən
filmlərdən danışarkən, bu filmlərdə şəxsiyyətin
formalaşmasını, qəhrəmanın daxili aləminin
açılmasını və xarakterlərin aşkara çıxarılması
prosesini göstərməklə bərabər bu filmlərin çatış-
mamazlıqlarını da qeyd etmişdir. Məsumə Rza-
yeva əsərində göstərir ki, təsirli, parlaq obrazlar
yaratmaq üçün qəhrəmanı çətinliklərdə, toqquş-
malarda, mübarizədə vermək lazımdır.
Kitabda partiya və hökumətin kinonun inki-
şafı ilə əlaqədar müxtəlif illərdə çıxan qərarları
da yada salınmışdır.
“Məsumə Rzayeva həmin bu kitabda da
Azərbaycanın gənc kino ustalarına ayrıca yer
ayırmışdır. Burada 60 – cı illərdə fəaliyyətə baş-
lamış R. Şahmalıyev, O. Mirqasımov və
başqalarının yaratdıqları “Bakıda bir gün”, “Sa-
lam Azərbaycan”, “İnanıram qayıdarsan”, “Qara
Qarayev”, “Azərbaycan haqqında etüd”, “Çö-
rək” və. s filmlərin geniş təhlili verilmişdir“.
Sənədli kino bizi əhatə edən varlığın ayrı-ayrı
fakt və hadisələrinin bədii şəkildə təcəssümüdür.
Demək kinopublisistikanın əsasını canlı həyat
hadisələri təşkil edir. Bəs bu fakt və hadisələri
ekranda əks etdirən sənədli kino yaradıcıları
hansı yaradıcı keyfiyyətə malik olmalıdırlar?
Bir çox kino tənqidçilər bu suala dəfələrlə cavab
vermişlər. Sənədli kino yaradıcısı bizə qədər
çəkilmiş kino salnamələrinin dərin tədqiqatçısı,
yeni faktlar tapıb aşkara çıxaran bir kəşfiyyatçı
insan, qəlbinin zərifliklərini duyan, hiss edən,
ətrafında baş verən hadisələri sərrast görən, dərk
edən, onların mahiyyətini araşdırmağı bacaran
bir adam olmalıdır. Belə bir adam həm də kino
texnikasını yaxşı bilməli, bu texnikanın imkan-
larından geniş və yerində istifadə etməlidir.
Sənədli kino yaradıcısı adi müşahidəçi ola
14
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 2, 2022
(Humanitar elmlər seriyası)
e-ISSN 2789-4614
bilməz. O, həyatda baş verən hadisələrdə bilava-
sitə iştirakçı olmalı, həm də adi iştirakçı deyil,
əsl həqiqi publisist kimi çalışmalıdır.
Məsumə Rzayeva həmişə təhlil etdiyi film-
lərə, ümumiyyətlə sənədli kinoya yuxarıda sada-
lanan prizmalardan yanaşmışdır.
1920–ci ilin mayında “XI Ordu hissələri Ba-
kıda hərbi nümayiş zamanı” adlı xronika çəkil-
mişdir. Bu filmdə, o dövrki Bakının köhnə
küçələri öz əksini tapmışdır. Görkəmli dövlət
xadimləri N.Nərimanov, Ə.H.Qarayev və
başqaları nümayiş iştirakçılarını qarşılayan
yerdə lentə alınmışdır.
Bu film sənədli kino sahəsində Bakıda ilk
təşəbbüs idi. Bu hadisə Azərbaycanda sənədli
kinonun doğulduğu barədə müjdə verirdi. Bütün
bunlar barədə Məsumə Rzayevanın “Elm” nəş-
riyyatı tərəfindən buraxılmış “Azərbaycan
sənədli kinosu” (1920 – 1965-ci illər) kitabında
söhbət açılmışdır. Bu kitabda respublikada
sənədli kinonun 45 ildə keçdiyi yaradıcılıq yolu-
nun, inkişafının aydın təhlili verilmişdir. Məsu-
mə Rzayeva Azərbaycan kino sənətinin tarixini
aramla araşdırmış, elmi – tarixi cəhətdən dəyərli
tədqiqat əsəri yaratmışdır.
Buradakı məqalələr beş fəsil üzrə bölünmüş-
dür: “Azərbaycan sənədli kinosunun yaranması”
(1920 –1930 - cu illər); “Azərbaycan sənədli ki-
nosu 30 – cu illərdə” (1930 –1940 - cı illər);
“Böyük vətən müharibəsi Azərbaycan sənədli
kinosunda” (1941–1945- ci illər); “Azərbaycan
sənədli kinosu müharibədən sonrakı ilk dövrdə”
(1946–1952); “Azərbaycanın müasir sənədli ki-
nosu”. Bu başlıqlar altında toplanmış məqa-
lələrdə müəllif sənədli kino incəsənətimizin ta-
rixinə mərhələlər üzrə nəzər yetirmişdir. Onun
arxiv materiallarına, kino lentlərinə, tarixi sə-
nədlərə müraciət edərək çıxardığı nəticələr ob-
yektivliyi, dolğunluğu ilə diqqəti cəlb edir. M.
Rzayeva monoqrafiyada faktları yalnız sadala-
maqla kifayətlənməmiş, hər bir dövrdə yaranıb
zamanın səsinə səs verən sənədli filmlərimizə
baxışını da bildirmişdir. Maraqlı cəhət həm də
burasındadır ki, müəllıf sənədli kinomuz
sahəsində olan nöqsanlardan və çatışmamaz-
lıqlardan da danışmışdır.
Məsumə Rzayevanın “Azərbaycan sənədli
kinosu” kitabı respublikanın sənədli filmlərinə
nəzər baxımından nəşr edilmiş ilk kitabdır.
Müəllif kitabda Azərbaycan sənədli kinosunun
demək olar ki, yarım əsrlik geniş bir dövrünü
əhatə edən müxtəlif materiallardan istifadə et-
mişdir. Əsərdə nəinki tam metrajlı filmlər,
oçerklər, “kinoportretlər”, hətta bütün kino jur-
nallar, adicə sujetlər belə təhlil edilir.
Məsumə Rzayevanın araşdırmalarından ay-
dın olur ki, ölkəmizin sənədli kino rejissorları
həqiqətən də bir sıra dəyərli, təbliğat baxımın-
dan ən qabaqcıl qəzetlərdən heç də geri qalma-
yan lentlər yaratmışlar. Bu filmlər qabaqcıl ide-
yaların, elm və texnikanın ən yeni nailiyyətləri-
nin təbliğində xeyli rol oynayıb. İdeyaların
təbliği uğrunda mübarizədə ən kəsərli silah olan
satirik və tənqidi kinodan bacarıqla istifadə edə
bilmək, əlbəttə sənədli kino mütəxəsislərinin bö-
yük uğurudur.
Müəllif hər bir filmi son dərəcə dəqiqliklə
təhlil edir. Bu 20-30 - cu illər, müharibə dövrü,
müharibədən sonrakı dövr haqqında təsəvvür
yaratmağa kömək edir. Onun rejissor, ssenari,
operator işi baxımından daha tipik kadrları,
lentləri araşdırması da təqdirə layiqdir. Uğurlu
təhlil baxımından Məsumə Rzayevanın araşdır-
dığı “Xəzər neftçiləri haqqında povest” və
“Dənizi fəth edənlər” kinolentləri xüsusilə qeyd
edilməlidir. Bu araşdırmalarında müəllif
oxucunu filmləri yaradanların hansı əsas yollarla
məqsədlərinə nail olduqları ilə əyani surətdə ta-
nış edir. Təhlildən məlum olur ki, filmlərin çəki-
lişində başlıca məqsəd sənədli material əsasında
ümumi məzmunun obrazlı bədii həllini yarat-
maq; bu kinoxronikanı bədii publisistikaya çe-
virmək məsələsini kino yaradıcıları uğurla həll
edə bilmişlər. Bu məsələni həll etmək üçün də
əsas amil filmin qəhrəmanı - insan olmuşdur.
Obrazın hər bir hərəkətinin əsas xüsusiy-
yətlərini, xarakterinin mahiyyətini kinoaparatın
obyektivi ilə bacarıqla çəkə bilmək, onu bütün
hadisələrin özəyi kimi vermək kino ustalarına
nəsib olub. Onlar insanın mənəvi gözəlliyini, bö-
yüklüyünü göstərə bilmişlər. Kitabda göstəril-
diyi kimi sənədli kino ustasının filmdə nail ol-
duğu uğur məhz insanla bağlıdır. Bu insan
sadəcə olaraq obyektiv qarşısında çəkiliş xati-
rinə dayanmır. O, işləyir, yaradır, çətinliklərdən
qorxmur, öz məqsədinə nail olmaq üçün müba-
rizə aparır. Məhz bu cür insan obyektivə “düş-
dükdə” film uğurlu olur. Məsumə xanım bəzi
sənədli filmlərin, xüsusilə də 40 – cı illərin kino-
15
K. N. BUNYATOVA
Azərbaycan kinosunun fədakar tədqiqatçısı
Məsumə Rzayeva
lentlərinin, hətta mükafata layiq görülmüş “So-
vet Azərbaycanı” filminin qüsurlarını qeyd edir.
Bu filmlərdəki dəbdəbə, sxematiklik xüsusi
nəzərə çatdırılır. Tədqiqatçının fikrincə sənədli
film janrı bütün imkanları, ifadəliyi ilə əmək
adamlarını tərənnüm etməlidir. Bu kimi məsə-
lələrin öhdəsindən gələn filmləri müəllif ən
uğurlu lentlər kimi sadalayır.
Məsumə Rzayevanın kinooçerk, kinoportret,
bioqrafik filmlər, müxtəlif kino janrları haqqın-
dakı mülahizələrində söszüz ki, maraqlı, xeyirli
fikrlər çoxdur. Kitabda rejissor, ssenarist və ope-
ratorlarımız üçün hələ bu gün də mühüm
əhəmiyyət kəsb edən bir sıra problemlər araşdı-
rılır. Məsələn, sənədli filmdə səhnələşdirmənin,
bəzi quraşdırmaların bu və ya başqa formasın-
dan istifadə etmək olarmı sualına bu kitabda
düzgün cavab tapmaq olar.
Məsumə xanım göstərir ki, əgər sənədli kino
çəkən real həqiqətə oxşar hər hansı quraşdırma
səhnələrdən istifadə edirsə, deməli bu, onun gü-
cünü yox, zəifliyini göstərir.
Məsumə Rzayeva özünün “Azərbaycan
sənədli kinosu” kitabında neft mövzusunda çəkil-
miş filmlərin təhlilinə böyük bir yer ayırmışdır.
Mikayıl Mikayılovun “Qaliblər adası” filmi
tamamilə publisist filmdir. Rejissor öz heka-
yəsini uzaq keçmişdən, o dövrdə mövcud olan,
dənizdə heç kimə məlum olmayan balaca və
vəhşi bir adacıq ilə başlayır. Bu adanın daimi sa-
kinləri zəhərli ilanlar idi. Amma, yalnız bu əra-
zidə suyun üzərində kiçik qızılı rəngli qabarcıq
görmək mümkün idi. Beləcə, çox illər davam et-
mişdir. Ancaq bugün? – Ekranda, Artem adını
daşıyan ada görüntüyə gəlir. Biz adada ucaldıl-
mış neft buruqlarını görürük. Onlar tədricən
dənizin içərilərinə doğru irəliləyirlər. İnsanlar
burada yaşayır və işləyirlər. Buranın sakinləri
üçün hər bir şərait yaradılmışdır: evlər və
məktəblər, uşaq baxçaları, xəstəxanalar və hətta
Mədəniyyət sarayı.
Bura gələnlərin məqsədi əlbəttə ki, yalnız iş-
dir. Onlar yeni neft mənbələri aşkarlamağa çalı-
şırlar. Rejissor daha sonra filmdə neftçiləri və
geoloqları birləşdirən səmimi dostluqdan bəhs
edir. Bu oçerkin qısaca tərkibi də bundan
ibarətdir.
A. R Quliyevin “Xəzər nefti” filmində əsas
diqqət neftin çıxarılmasının müasir texnikayla
həyata keçirilməsinə, neft buruqlarının çoxalma-
sına, dəniz dibindən neftin çıxarılmasının yeni
metodlarına yönəldilmişdir. Ekranda bir-birinə
birləşmiş sonsuz sayda borular görüntüyə gəlir.
Onların içərisiylə dənizin möcüzəsi olan “qara
qızıl” axır. Hər gün yeni neft mədənləri aşkar
edilir. Bir neft mədənində necə qazıntı işləri get-
diyi göstərilir, digərində isə yeni qazıntı işlərinin
aparılması üçün müqavilə imzalanır.
Üçüncü film, rejissor Ş. Şeyxovun çəkdiyi
“Neft kəşfiyyatçıları” filmi bütünlüklə geoloji
kəşfiyyat işlərinə həsr olunmuşdur. Biz geo-
loqların dənizdə partlayış vasitəsi ilə neft mən-
bələrinin yerini dəqiqləşdirdiklərini və yeraltı
sərvətləri aşkara çıxartdıqlarını, yeni neft buru-
ğunun quraşdırılması üçün hazırlıq işlərini apar-
dıqlarını görürük. Geoloqlar təkidlə bildirirlər
ki, bu yerdə neft olmalıdır və bu zaman çoxdan
gözlənilən neft fontan vurur. Kəşfiyyatçılar isə
təbii sərvətlər axtarışını davam etdirirlər.
Beləliklə, əgər birinci filmdə Artem adasında
neft çıxarılmasının lap birinci mərhələsindən,
ikinci filmdə neft mədənlərinin genişlənməsi və
yeni texniki nailiyyətlərdən bəhs edilirsə,
üçüncü filmdə gələcəkdə yeni neft mənbələrinin
aşkara çıxarılmasında böyük rolu olan geoloq və
neftçilərin birgə əməyindən bəhs olunur.
Tanınmış rejissor Yoris İvens “İnsan sənədli
filmlərdə” adlı qeydlərində yazır: “Sənədli film
rejissoru ekranda qəhrəmanın davranış və
hisslərini bütünlüklə əks etdirə bilən bir insanı
seçməlidir. Qəhrəmanın yalnız adi fəaliyyətini
deyil, onun hadisələrə olan münasibəti və emo-
siyasını əks etdirmək istərkən, bu insanı
seçərkən seçimdə çox diqqətli olmaq lazımdır”.
İvensin filmlərində özünü tamamilə doğruldan
bu fikirlərlə razılaşmaq lazımdır.
Roman Karmenin “Xəzər neftçiləri haqqında
dastan” filmindəki “İlk neft” səhnəsi insanın
mənəvi dünyasının açılmasına həsr olunub.
“Neft kəşfiyyatçıları” filminin “İlk neft” səhnəsi
isə faktların quru və ehtirassız birləşdi-
rilməsindən ibarətdir.
Digər bir nümunə - “Xəzər Nefti” filminin re-
jissoru A.R.Quliyev filmdə Kaveroçkini əks et-
dirmiş, lakin ondakı xarakteri açıb göstərə
bilməmişdir. 5 il sonra R. Karmen “Xəzər neft-
çiləri haqqında dastan” filmini çəkərkən öz
qəhrəmanına fərqli yanaşmışdır. Karmen filmdə
Kaveroçkinin insani keyfiyyətlərini, öz işinə
məhəbbətini, çətin anlarda belə işinin öhdə-
sindən məharətlə gəlməsini, mənəvi təmizliyini
əks etdirmişdir.
16
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 2, 2022
(Humanitar elmlər seriyası)
e-ISSN 2789-4614
Rejissorun öz sənədli filmində digər film-
lərdəki sitat və materiallardan istifadə etməsi
plagiat deyil. Təbii ki, başqasının tapıntısının
mənimsənilməsi və ya ştamplama vərdişi tama-
milə yol verilməzdir, lakin sözügedən filmdə si-
tatlar və materiallar örnək kimi istifadə olunur.
Hər üç filmdə neft buruqlarının quraşdırılması
və görülən hazırlıq işləri, daha sonra neft çıxarıl-
ması və.s epizodları tamamilə oxşardır.
R.Karmen Bakı neftçilərinin qəhrəmanlığın-
dan bəhs edən kino epopeyasının yaradıcısıdır.
“ Xəzər neftçiləri haqqında dastan” (1953) və
“Dənizi fəth edənlər” filminə görə 1960 – cı ildə
V. I. Lenin adına mükafata layiq görülmüşdür.
Xəzər neftçilərinin qürur və əzmli nümayən-
dələri – Mixail Kaveroçkin, o dövrdə hələ gənc
neft ustaları Qurban Abbasov, Xanoğlan Bayra-
mov, Kazım Aşumov, Fərid, Akif Cəfərov və
başqaları bu filmlərin sevimli qəhrəmanlarına
çevrilmiş və heç bir mübaliğəsiz, əsl sadə insan-
lar – dövrünün müasirləri kimi təsvir olunmuş-
durlar. Roman Karmen sənədli kinonun bədii
vasitələrindən istifadə etməklə dəniz neftçiləri-
nin real həyatını yarada bilmiş, çoxlu parlaq
portretlər yaratmışdır.
“ Xəzər neftçiləri haqqında dastan” və “Də-
nizi fəth edənlər” filmlərindən sonra neft möv-
zusuna yenidən müraciət edənlər olmuşdur.
Məsələn, “Neft ustaları” (rej-opeator M. Musta-
fayev,1955), “Akif Cəfərovun dəstəsi”(rej. Z.
Kazımova, 1960), “İstedadlı köməkçilər”(rej. A.
Musayev, 1960), “Bizim Gülbala”(rej.İ. Xəlilov,
1961) filmlərini misal gətirmək olar. Bu filmdə
Roman Karmenin təsiri özünü biruzə verir.
“İstedadlı köməkçilər” filmi neft mədənlə-
rində avtomatika və mexanikanın tətbiqi prob-
lemlərinə həsr olunmuşdur. Filmdə müasir texni-
kanın tətbiqi, yeddi illik planın həyata keçi-
rilməsində alim və mühəndislərin səyi əks olunur.
Filmin müəllifi əsas diqqəti texnikaya yönəlt-
diyi üçün insanlar diqqətdən kənarda qalıblar.
Digər bir film-“Bu Pesçanda oldu” filmi 1961 –
ci il 29 noyabrda Pesçan adasında gözlənil-
mədən baş verən yanğına həsr olunub. Əsasən,
bu film hadisə yerindən reportajdan ibarətdir.
Dənizdəki neft mədənlərində adi iş gedir. Bu-
ruqlardan birində su güclü fontan vurur. O, özü
ilə birgə neft və qumu kənara yayır. Yanğının
baş verməsi üçün yüngül bir qığılcım belə bəs
edər. Lazımi tədbirlər görülür. Amma buna
baxmayaraq, yanğın başlayır. Minlərlə ton neft
yanır. Buna yol vermək olmaz. Təcrübəli
mütəxəsislər yığılaraq yanğınla mübarizə apar-
mağın yollarını fikirləşirlər. Alovlanmış neft
mədəninin ətrafında alovsöndürən tankerlər
üzürlər.
Qərara gəlirlər ki, yanğının qarşısını yalnız
partlayışla almaq olar. Bu partlayışı təşkil etmək
üçün texniki vasitələrin hazırlanması, gəti-
rilməsi ekranda əks olunur. Bu, ən həyəcanlı
səhnədir – yanğını söndürmək mümkün ola-
caqmı? Bu səhnələrin qurulmasında montajdan
çox gözəl istifadə olunmuşdur. Kadrların bir bi-
rini sürətlə əvəz etməsi həyacanı daha da artırır.
Budur, artıq mexaniki ox hazırdır. Onu yanan
buruğa tərəf aparırlar. Oxatanın ucunda olan
partlayıcı qutu partlayır. Kənardan bunu isləyən
hər kəs donub qalır. Partlayış... Bütün tanker-
lərdən su vurularaq alov söndürüldü. Cəsur neft-
çilərin əməyi nailiyyətlə nəticələndi.
Əvvəlki filmlərdə olduğu kimi bu oçerkdə də
3 həftə ərzində gecə-gündüz yanğınla mübarizə
aparan insanlar haqqında çox az danışılır və bu
itkini filmin digər yaxşı tərəfləri ört- basdır edə
bilmir. Təəssüf ki, rejissor Axundov neft bu-
ruqları ilə mübarzə zamanı insanları hərəkətdə,
fəliyyətdə göstərmək imkanından yetərincə ya-
rarlanmadı.
Çəkilişlər operatorlar tərəfindən əsasən təbi-
ətdə, günəş şüalarının işıqlandırılmasından isti-
fadə etməklə çəkilmişdir. Operatorlar, həmçinin,
işıqlandırıcı aparatlar vasitəsi ilə çəkilmiş inter-
yerləri də filmdə əks etdirmişlər. Operatorlar fil-
min montajı üçün rejissora çox gözəl baxımlı
materiallar verdilər. Obyektlərin düzgün işıqlan-
dırılması və rəng müxtəlifliyinin zənginliyi
sayəsində epizodların ümumi dolğunluğu filmdə
təsvirin bədii təsirini artırdı.
Operatorların gözəl xüsusiyyətlərindən biri
də odur ki, onlar qəhrəmanları çətin dramatik
vəziyyətlərdə göstərə bilirdilər. Kinoreportaj
metodunun istifadəsi operatora filmdə yalnız ha-
disələr burulğanını deyil, həm də insanların bu
hadisəyə münasibətini də əks etdirmək imkanı
verdi. Bəzi kadrları, məsələn, ilk neftin gəlişini
gözləyən Mixail Kaveroçkinin borulardakı səsə
qulaq asması, yanğınla mübarizə aparan insan-
lar, qasırğa gecəsində insanların portretləri və.s
misal gətirmək olar.
17
K. N. BUNYATOVA
Azərbaycan kinosunun fədakar tədqiqatçısı
Məsumə Rzayeva
Nəticə
Ümumiyyətlə kinomuzun tarixi müxtəlif
dövrlərdə dövrün özünə uyğunlaşdırılmış, dəyiş-
dirilmişdir. Bakıda 25 ildən artıq yaşayıb yarat-
mış A.M. Mişon həm təcrübəli fotoqraf, həm də
kinooperator olmuşdur. Bakı elmi foto dərnəyi-
nin katibi və nəşriyyat sahibi olmuşdur. 1879 -
1905-ci ilə kimi Bakının mənzərələrinin, neftin
çıxarılması və emalının, neft mədənlərində baş
verən yanğınların fotoşəkillərini çəkmişdir.
Kinoşünas alim Məsumə Rzayeva 1971-ci
ildə "Elm" nəşriyyatında çapdan çıxmış "Doku-
mentalnoe kino Azerbaydjana" kitabında bu elan
barədə xəbər vermişdi. Lakin çox təəssüf ki, bu
məlumata nə o vaxt, nə də sonralar lazımi diqqət
yetirilməmiş və hətta tezliklə onun mövcudluğu
unudulmuşdur.
Məsumə xanımın əsrlərini oxuyarkən, bu
əsərlərin dilinin səlisliyi, sadəliyi insana xoş
təsir bağışlayır. Onun, filmlərin təhlili haqqında
olan məqalələrini, yazılarını oxuyarkən sanki,
ekran önündə oturub həmin filmə tamaşa
edirsən.
Bu təhlillər ruhən insanı həmin filmdəki ha-
disələrin cərayan etdiyi dövrə aparır, qəhrəman-
ların düşdüyü müxtəlif situasiyalar göz önündə
canlanır. Bu isə Məsumə xanımın saf, gözəl
daxili aləminin, onun insana olan böyük
məhəbbətinin bariz nümunəsidir.
M. Rzayevanın “Azərbaycan Sənədli kinosu”
kitabı sənədli kinomuz və deyərdim ki, bütün-
lükdə kino sənətimiz üçün olduqca dəyərli bir
elmi mənbədir. Bu kitabda sənədli filmlərin ta-
rixi dövrlər üzrə bölünmüş, hər bir bölümdə
həmin dövrün ictimai, siyasi şəraitini əks etdirən
filmlərin təhlili verilmişdir.
ƏDƏBİYYAT SİYAHISI:
1. Аzərbaycan kinosu. Filmlərin izahlı ka-
taloqu. II Cild. Nağıl evi, 2003, 240 s.
2. Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-
Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
3. Dadaşov A. Gerçəkliyin astanasında.
Bakı: İşıq, 1992, 134 s.
4. Hüseynov Ə. Kino terminlərinin izahlı
lüğəti. Bakı: “Elm və təhsil”, 2015, 128 s.
5. Kazımzadə A. Azərbaycan kinosu, II
cild, Bakı: Nağıl evi, 2003, 373 s.
6. Kazımzadə. A. Azərbaycan kino tarixi
oçerkləri. Bakı: “Tural” nəşriyyatı, 2001, 201 s.
7. Kazımzadə A. Bizim “Azərbaycan-
film”. 1923-2003-cü illər. C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyası. Bakı: Mütər-
cim, 2004, 350 s.
8. Kino sənəti məsələləri. “Müstəqil -8”
nəşriyyatı, 1999, 128 s.
9. Qulubəyov. Ə. Sovet Azərbaycanının
kinosu. Bakı, 1958, 90 s.
10. Sənədli kinomuzun tarixindən. Ədəbiy-
yat və İncəsənət qəzeti, №2(1557), 10 oktyabr,
1970.
11. Джулай Л. Документальный иллюзи-
он: Отечественный документализм, опыт
социального творчества. М.: Материк, 2005,
428 с.
12. Кино. Энциклопедический словарь.
М.: Советская энциклопедия, 1986. 637 с.
13. Кино не для всех. Интервью с В.
Двинским // “Рабочий путь”, 2006. № Рзаева.
М. Документальное кино Азербайджана. Б.,
1971 г., 203 с.
14. Рзаева М. Партия и творческие поиски
кинопублицистов Азербайджана. Б.: Элм,
1986, 188 с.
18
Qərbi Kaspi Universiteti
p-ISSN 2789-4606
Elmi Xəbərlər № 2, 2022
(Humanitar elmlər seriyası)
e-ISSN 2789-4614
Кифаят Нураддин кызы БУНЯТОВА
Доцент Азербайджанского Государственного Университета Культуры и Искусств
E-mail: azadova.aysu@mail.ru
МАСУМА РЗАЕВА, ПРЕДАННЫЙ ИССЛЕДОВАТЕЛЬ АЗЕРБАЙДЖАНСКОГО
КИНО
Резюме: Как и другие виды экранного творчества, документальное кино имеет свои
разновидности и жанры в зависимости от характера описываемого предмета, факта, события,
конкретной нагрузки сообщаемой информации, масштаба и степени обобщения, полученных
результатов, размеров типизации, характера литературно-стилистических
средств и т. д. Следует отметить, что время от времени жанры документального кино
мутируют и меняются, а новые создаются путем экспериментов.
Ключевые слова: изображение, закадровый текст, информация, документ, факт,
исследование
Kifayat Nuraddin BUNYATOVA
Azerbaijan State University of Culture and Arts Associate professor
E-mail:azadova.aysu@mail.ru
MASUMA RZAYAVA, DEDİCATED RESEARCHER OF AZERBAİJANİ MOVİES
Summary: Like other types of screen creativity, documentary films have their own varieties and
genres depending on the nature of the described subject, fact, event, specific load of the information
being reported, scale and degree of generalization, obtained results, size of typification, nature of
literary and stylistic means, etc. It should be noted that genres of documentary films mutate and
change from time to time, and new ones are created through experimentation.
Keywords: image, off-screen text, information, document, fact, research
Daxil olub: 29.08.2022