dan başqa, müəyyən xanələri əhatə edən “ad li-
bitium”, “ritenuto”, “a tempo” kimi məqamları
da qeyd etmək olar. Təbii ki, bu cür nüanslar ifa-
çıdan da peşəkarlıq tələb edən məqamlardan
bəziləridir. Digər tərəfdən, dünyanın ən tanınmış
soprano səsli opera ifaçılarının repertuarında
özünəməxsus şəkildə yeri olan bu əsər, birinci
oktavanın “Fa #” və ikinci oktavanın “Si” səsləri
(“Undesima” intervalı) kimi geniş bir diapazonu
əhatə edir. Əsəri ifa edən müğənnidən əzəmətli
səslənmə tələb olunur. “Bütün insanların bədən
quruluşu eynidir. Nəfəs almaları, səs çıxartma-
ları eynidir. Dəyişən təkcə danışıq dilidir.
Vokal məktəblərinin texniki fərqlilikləri da-
nışıq və dil ilə əlaqədardır....İtalyan, fransız, al-
man metodlarından hansı ən yaxşısıdır?-deyə
soruşa bilərik. Bütün bu texnikaların ortaq
nöqtələri olaraq doğru nəfəs, açıq və rahat qırt-
laq, yaxşı artikulyasiya, səsi ön bölgəyə (mas-
kada ifa) almaq gərəklidir. Duyğularla bütünləş-
diyi təqdirdə mükəmməl nəticə əldə olunur”.
[3,s.296-297] “Cudittanın” ariyası bir çox dünya
opera ulduzlarının repertuarını bəzəyir. Bu əsəri
biz Elizabet Şvarskopf, Aleksandra Kurzak,
Anna Netrebko, Karmen Monarka, Sumi Yo və
başqa bir çox ifaçıların səsləndirməsində dinləyə
bilərik. Gözəl melodiyası və emosionallığı ilə
diqqət çəkən, Azərbaycan opera müğənnilərinin
də ifasında rast gəlinir. Bu əsərin təhlili Şubert
və Şuman kimi bəstəkarların kiçik həcmli əsasən
mahnı janrında yazılmış əsərlərinə nəzərən, al-
man vokal məktəbinə daha fərqli aspektdən
baxmağa bizə kömək etmiş olur. Azərbaycanlı
müğənnilərdən isə biz ariyanı əməkdar artist
Afaq Abbasovanın və vokal ifaçısı Gülşən İba-
dovanın həmçının Nərgiz Kərimovanın ifasında
dinləyə bilərik. Soprano səsli hər üç ifaçı əsərin
təfsiri zamanı öz fərdi yanaşımlarını ortaya
qoyurlar. Afaq Abbasovanın təfsiri ifaya başla-
dığı andan dinləyicinin marağına səbəb olur.
Onun ifasında dəqiq artikulyasiya, düzgün söz
vurğuları, səsdə güclü dayaq, yüksək dinamika,
tembrin doluluğu ilə ön plana çıxır. Gülşən İba-
dovanın ifası isə daha lirik xarakterlidir. Onun
vurğuları daha yumşaqdır. Səs tembrinin lirik
çaları da əsərin bir qədər mülayim səslənməsinə
zəmin yaradır. Nərgiz Kərimova da əsəri ifa
edərkən xüsusən samit hərflərin deyilişinə
diqqət yetirməsi nəzərə çarpır. Hər bir ifaçı
səhnədə “Cuditta” obrazını özlərinə məxsus
tərzdə yaradırlar. Bu ifaçılar əsəri oxuyarkən öz
fərdi yanaşımlarını nümayiş etdirirlər. Bir sitata
nəzər salaq: “Belə ki, müğənni oxuduğu əsərin
həcmindən asılı olmayaraq – operadan tutmuş,
mahnıya qədər, dil xüsusiyyətlərinə yiyələnməli,
onun mənasını dərk etməli və bunu dinləyiciyə
çatdırmağı, öz ifadə tərzi ilə izah etməyi bacar-
malıdır” [1,s42]. Sənətşünaslıq üzrə fəlsəfə dok-
toru, professor Məryəm Babayevanın vurğula-
dığı bu fikrə əsasən anlayırıq ki, əsərin ifasında
vokal texnikası ilə yanaşı, dilin üslub-xüsusiy-
yətlərinin də qorunması vacibdir. Onu da nəzərə
almalıyıq ki, alman dilində də bəzi sözlər, Azər-
baycan dilində olduğu kimi vurğunun yerini
dəyişdikdə mənası dəyişir. Bunlara örnək ola-
raq, Aúgust (kişi adı)- Augúst (Avqust), modern:
[moˈdɛrn] – müasir [ˈmoːdɐn] (tənbəl), Ténor,
(əsas münasibət) und Tenór (səs diapazonu) və
başqalarını göstərmək olar. Alman dilində
oxuyarkən sözlərin vurğularına diqqət etməli,
həm də samitləri dəqiq söyləməlidir ki, dilin
qanunları pozulmasın. Müğənni oxuduğu dilin
qrammatik qanunlarına bələd olması daha
məsləhətlidir. Hər bir dilin öz tələffüz qaydası,
ifadə tərzi var. Vokal sənətində dil və ifaçılıq
texnikası bir-biri ilə qarşılıqlı əlaqədədir. Həm-
çinin ifaçı təfsirə öz duyğularını qataraq fərdi ya-
naşımını ortaya qoymalıdır. Bununla belə onlar
arasında ortaq məqamlar mövcud olur. Qeyd
edək ki, hər üç azərbaycanlı ifaçıları dinlədikdə
A. Abbasovanın və N. Kərimovanın mətnə daha
çox üstünlük verməsi nəzərə çarpır. G. İbadova-
nın ifasında isə səslənməyə daha çox diqqət et-
diyini görə bilərik. Azərbaycan müğənnisinin
əsəri təfsirini, xarici ifaçılarla müqayisə etmək
maraqlı olardı. Bu baxımdan, onlar Almaniyanın
güclü sopranolarından olan Elizabet Şvarskopf,
Regina Verner-Dietrix, İsrail opera ifaçısı Çen
Reys, amerikalı soprano Raşel Villis-Sorensen,
Yapon soprano Sumi Yo kimi opera müğənniləri
ilə müqayisə edilə bilər. Bu ifaçıların hamısında
əsərin dramaturgiyasını önə çıxarmaq üçün mət-
nin ön plana çıxdığı müşahidə olunur.
Burada, alman dilinin vurğusu, dilin tələffüz
xüsusiyyətləri və alman vokal məktəbinin də
təsiri mövcuddur. Həmçinin, müqayisəmizə öz
lirik oxuması ilə dünya şöhrətli opera ifaçıların-
dan braziliyalı Karmen Monarka, rumıniyalı İle-
ana Kotrubaş, misirli soprano Fatma Said, bela-
rusiyalı mezzo soprano Ekaterina Semençuk
(mezzo-soprano olmağına basmayaraq əsəri ori-
jinal tonallıqda ifa edir), koreyalı ifaçı Kyunqmi