ması və qələbə qazanması professional oyun-
çuya böyük qiymət verdiyini bildirir. Musiqi-
şünas Fərhad Bədəlbəylinin dahi şəxs haqqında
informasiyası filmə əlavə edilmişdir. Moskva-
dakı konsertində dirijor Veronika Dudarovanın
başçılığı ilə simfonik orkestrlə birlikdə çıxışında
büro üzvləri və Heydər Əliyevin də iştirakından
həyəcanlanması, lakin siyasi xadimin ona və
həmvətənlərinə mənəvi dəstək olması sənətkara,
sənətə verilən yüksək dəyər hesab edilir.
Sənədli ekranda siyasətçi Aleksandr Yakov-
levin söhbəti verilmişdir. Onun xatirində Heydər
Əliyevin xarakterində olan əlamətlərdən: qətiy-
yətli, mərd, sözübütöv və sözünün arxasında da-
yanan xüsusiyyətlər öz əksini tapır. Ümumilli li-
derin gözü götürməyən insanların ətrafında ol-
masını istəməməsi ikiüzlü xain tərəfdaşların iç
üzünü aşkara çıxarır. Cəmiyyəti yaxşılaşdırmaq
üçün korrupsiyadan azad olunmaq təklifini irəli
sürərək bürokratik aparatın üç dəfə dəyişməsini
gərəkli hesab etməsi xalqı iyrənc bəladan qurtar-
maq fikrinə yönəlir. Onun bu təklifinin korrup-
siya ilə mübarizədə böyük rol oynayacağı görü-
nür. Jurnalist Mixail Poltoranin sözlərində Qor-
baçovun Əliyevi güclü oyunçular kimi eyni
səviyyədə tutması və ondan qorxması, həmin in-
sanları kökündən məhv etməsi gələcək üçün ye-
rini möhkəmlətmək funksiyası daşıyır. Sənədli
filmdə teleaparıcı Andrey Karaulovun Əliyevin
minlərlə insanın qarşısında XX əsrin ən güclü
şəxslərindən biri adlandırması ölkənin rəhbərli-
yinə etimadının inamını bildirir. Qorbaçovun
köməkçisi Anatoli Çernyayevin kitabında Ulu
öndərə qarşı cinayət işinin yazması onu
vəzifədən kənarlaşdırmaq arzusunun əsası kimi
başa düşülür. 90-cı ilin hadisələrində Heydər
Əliyevin Qorbaçovu Azərbaycan xalqına qarşı
təcavüzdə günahlandırması, kütləvi informasiya
nümayəndələri önündə çıxış etməsi onun cəsarət
və mübarizliyini üzə çıxarır. Filmin sonlarına
doğru təkrar jurnalist Artyom Borovikin nitqi ta-
maşaçılara təqdim edilir. Heydər Əliyevə bir su-
alla müraciət edilir. Onun “Nə vaxtsa Azərbay-
cana qayıdıb ölkəyə başçılıq edəcəksiz? sualında
“yuxuda görə bildiyini”ni verdiyi cavab ümid-
sizliyə qapılmaq hisləri oyadır. Lakin bir neçə il
sonra ümumilli liderin Azərbaycana rəhbərlik
edərək gələcək günlərin yüksəlişinə imza atması
ilə Allahın möcüzəsinə inam nəzərdə tutulur.
“Lider” çoxseriyalı sənədli filmdə Ulu
öndərin Azərbaycan xalqının ağır vəziyyətində
birlikdə olmasından danışılır. Vizual təsvirdə
Heydər Əliyev barədə bir neçə şəxsin: Rəşid
Həsənov, Arif Rəhimzadə, Andrey Karaulov,
Rza İbadov, Rəfael Allahverdiyevin şərhi veril-
mişdir. Onların çıxışlarında siyasi xadimin
Azərbaycana lider kimi dönməsi filmdə diqqətə
çatdırılır. Filmin ilkin gedişatında Andrey Ka-
raulovun Heydər Əliyev barədə söylədiyi sözlər
seyrçilərin ünvanına ötürülür. Heydər Əliyevin
Bakıya qayıtmaq qərarının bir çoxlarını narahat
etməsi, ona qarşı maneəçilik yaradılması,
Azərnəşrin direktoru Ulu öndərin dostu Əjdər
Xanbabayevi öz avtomobilində öldürülməsi ha-
disəsi, lakin bütün bunların Heydər Əliyevin
iradəsini qıra bilməməsi, maneələri aşaraq Ba-
kıya gəlməsi onun mənəvi qüvvəsinin rəmzi
kimi dərk edilir əsl xarakterini üzə çıxarır.
Filmdə Rəfael Allahverdiyev çıxışında siyasi
xadimin Bakıya gəlməsində əngəl törədən əsas
faktlardan bəsh edir. O, çıxışında deputatın ae-
roportun önündə bir qrup insanları toplaması,
həmin insanların mitinqdə əllərində plakatla
“Heydər Əliyevi qoymayacağıq, Heydər Əliyev
ayağını basmasın.” deyərək meydanda adamla-
rın onu qəbul etməməsi gerçək faktını izləyi-
cilərə təqdim edir. Buna görə mürəkkəb bir yol
vasitəsilə Heydər Əliyevin Naxçıvana həmişəlik
olmayan dönüşü yenidən tamamlanmamış iş-
lərin düzələcəyindən xəbər verir. Sənədli filmdə
Rəşid Həsənovun çıxışında ümumilli liderin
təkcə deputat kimi deyil, Azərbaycan Respubli-
kasının vətəndaşı olaraq Dağlıq Qarabağda du-
rumun çətinliyinin onu narahat etməsi, həmin
problemin həlli üçün səhərə qədər yatmayaraq
qətnamə hazırlayıb Azərbaycan Parlamentinə
göndərməsi, Heydər Əliyevin xalqın proble-
mində rolunun həlledici dönüşün rəmzinə çevril-
diyi aydın olur. Siyasi xadimin ölkənin başçısı
kimi təyin edilməsi gələcəyin uğurlu olacağını
göstərir. Onun Naxçıvanda döyüşlərdə şəhid
olan, əsir düşən əsgərlərin geri verilməsində var
gücü ilə çalışması, yaralıları Türkiyəyə müa-
licəyə göndərib onları yoxlaması ilə vətənini,
dövlətini xalqını sevən rəhbər funksiyası özünü
doğruldur. Türkiyənin dəstəyi ilə Ulu öndərlə
Süleyman Dəmirəlin “Həsrət” körpüsünün açılış
mərasimində birgə iştirakı barədə deyilənlərdə
hər iki türk dövlətinin birlik, dostluq, qardaşlıq,
kontekstinin məna çaları öz əksini tapır. Heydər
Əliyevin həyatının ağır və şərəfli dövrü, Naxçı-