olmasa da, ləzgiləri xarakterizə edən əsas mu-
siqi nümunəsi kimi onun qədim köklərə malik
olması fikrini irəli sürmək mümkündür. Hətta
bəzən digər cəld templi ləzgi rəqslərini də me-
lodiyasının gözəlliyinə və iti ritmlərinə görə
“Ləzginka” adlandırırlar. “Ləzginka” rəqsi şux
melodiyaya malik olmaqla bərabər, həm də dö-
yüşkən və səfərbəredici gücə malikdir. Məhz
qəhrəmanlıq elementlərinə və iti ritmik fiqura-
siyalarına görə “Ləzginka” rəqsini keçmiş za-
manlarda döyüşə gedənləri yola salma mərasi-
mində də istifadə edirdilər.
Qeyd etmək lazımdır ki, “Ləzginka” rəqsi-
nin geniş vüssət alması Avropa ilə Qafqazı
birləşdirən ticarət yollarının qədim zamanlarda
bu ərazidən keçməsi ilə də əlaqədardır. Buralar-
dan keçən səyyahların “Ləzginka” rəqsinin
sürətli tempinə, çevikliyinə heyran qalması və
elə bundan irəli gələrək öz ölkələrinə qayıt-
dıqdan sonra bundan bəhs etmələri “Ləzginka”
rəqsinin geniş yayılmasına səbəb olmuşdur.
“Ləzginka” rəqsinin musiqisi, aydın ritmik
quruluşa malik olması və enerjili hərəkətlərlə
ifa olunması bir çox bəstəkarların bu rəqsin
xüsusiyyətləridən istifadə olunmasını şərtlən-
dirmişdir. Təsadüfi deyildir ki, rus bəstəkarı
M.İ.Qlinkanın “Ruslan və Lyudmila” opera-
sında IV pərdədə “Şərq rəqsləri”ndən birini
“Ləzginka” rəqsi təşkil edir. Eləcə də digər rus
bəstəkarı A.Rubinşteynin “Demon” operasında
məzmundan asılı olaraq, “Ləzginka” rəqsinin
elementlərindən istifadə edilmişdir. Xüsusilə
A. Rubinşteynin “Ləzginka” rəqsi cəld və emo-
sional melodik musiqi dilinə malikdir.
“Ləzginka” rəqsinin xüsusiyyətlərindən
bəhs edərkən, qeyd etmək lazımdır ki, Azərbay-
canda ilk dəfə olaraq, professional musiqimizin
banisi Üzeyir Hacıbəylinin yaradıcılığında
“Ləzgi rəqsi” adlı musiqi nümunəsinə rast gəli-
nir və əsər partitura şəklində mükəmməl bir
tərzdə işlənilmişdir. Onu da qeyd edək ki, Üze-
yir Hacıbəylinin 125 illiyinə həsr olunmuş
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
bəstəkarın “Ləzgi rəqsi”nin ilk nəşrinin təqdi-
mat mərasimi də keçirilmişdir. Ü.Hacıbəylinin
“Ləzgi rəqsi” ləzgi xalqının mərasimlərinə xas
olan intonasiyalarına və rəqslərdə olan ritmik
fiqurasiyalara əsaslanır. Bu baxımdan musiqi-
şünas Aytac Rəhimovanın fikirləri diqqətəla-
yiqdir. “Müxtəlif folklor ənənələrində sistemin
dominant prinsipləri fərqlidir. Musiqi sistemi
təzahürlərində vahid olsa da - səs, ton, rejim, in-
tonasiya, ritm, forma və s. fərqlidir. Məhz janr
göstəricilərinin bu və ya digər üstünlük təşkil
etməsi, eləcə də onların qarşılıqlı əlaqəsi xalq
musiqisinin milli xüsusiyyətlərini müəyyən
edir” (2, 108).
Ləzgi rəqslərinin nota köçürülməsi
Ləzgi xalqının rəqslərə olan isti münasibəti-
nin təsiridir ki, nota köçürülən ilk nümunələr də
rəqslərlə bağlı olmuşdur. Zəngin melodik dil və
ritmik fiqurasiyaların müxtəlifliyinə əsaslanan
ləzgi rəqsləri professional musiqiyə ləzgi və
Dağıstan xalqlarının rəqs sənətinin xüsu-
siyyətlərini qoruyub saxlayan və bunu gələcək
nəsillərə ötürən Qotfrid Həsənovun sayəsində
nota köçürülmüşdür. Qotfrid Həsənov 1925-ci
ildə 126 ləzgi xalq melodiyasını, 1927-ci ildə o,
zurna ilə ifa olunan 12 “Ləzginka”nı lentə kö-
çürərək qorunub saxlanılmasına nail olmuşdur.
1948-ci ildə çap etdirdiyi “100 Dağıstan ha-
vası” adlı antologiyaya Q. Həsənov çoxlu sayda
rəqs havasını daxil etmişdir. Məşhur “Ləz-
ginka” rəqs ansamblının bədii rəhbəri Zeynal
Hacıyev 1959-cu ildə “30 ləzgi xalq rəqsi” adlı
toplunu nəşr etdirərək, rəqslərin qorunmasına
nail olmuşdur. Ləzgi bəstəkarı Fətullah Rəhim-
xanov ləzgilərin 79 xalq mahnısını və 23 rəqsini
nota köçürüb.
“Suvar” mahnı və rəqs ansamblı
Hazırki müasir dövrdə ləzgi rəqs ənənələri
1996-cı ildə əsası qoyulan “Suvar” mahnı və
rəqs ansamblının sayəsində yaşadılır. Bu an-
sambl Bakı şəhərində yaradılsa da, ləzgilərin
yaşadıqları bölgələrdən çoxlu sayda milli xalq
mahnı və rəqslərini toplamış və öz repertuarla-
rına daxil etmişdir. “Suvar” sözü ləzgi dilində
bir neçə mənada işlənilir. Amma əsas ifadəsi
xoş əhval-ruhiyyə, gözəllik, məhəbbət anlayışı
mənasını verir. Ansamblın repertuarında ləzgi
xalqını təmsil edən bəstəkarların yaradıcılığı
əsas yer tutur. Bu baxımdan bəstəkar Sədaqət
Kərimovaya məxsus olan çoxlu sayda mahnı ifa
edilir ki, bunlar da ləzgi xalqının musiqi ele-
mentlərinə əsaslanaraq yazılmışdır. Əvvəlcə
həvəskar rəqs məktəbi kimi yaranan “Suvar” ar-
tıq professional kollektivə çevrilərək, ləzgi
xalqının rəqslərinin özünə məxsusluğunu və
milli xarakterini qoruyub saxlayır. Kollektiv bir
sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə də
konsertlər vermişdir.
Nəticə