Qərbi Kaspi Universitetinin Nəşriyyatı müxtəlif akademik fənlər üzrə açıq girişli, onlayn, resenziyalı jurnallar nəşr edir. Biz, dünyanın bir çox aparıcı tədqiqatçılarından ibarət redaksiya heyəti ilə birgə 100-dən çox ölkədən olan alimlər ilə güclü elmi əlaqələr qurmuşuq. Bütün nəşrlərimiz dünya elmi ictimaiyyəti üçün maksimum əlçatanlığı təmin edən tam açıq çıxışdır.
Beynəlxalq akademik qurum olan Qərbi Kaspi Universiteti tərəfindən nəşr olunan jurnallar tədqiqatçılara, akademik professorlara və tələbələrə geniş spektrli elmlər üzrə ən son elmi nailiyyətlərə çıxış imkanı təmin etməyə həsr olunub. Bizim missiyamız bilik və ideyaların mübadiləsini asanlaşdırmaqla akademik mübadiləni təşviq etməkdir. Biz açıq giriş siyasətini dəstəkləyirik və təsdiq edirik ki, bütün dərc olumuş materiallar icazəsiz olaraq surəti çıxarıla və yayıla bilər, bu şərtlə ki, ilkin nəşrə düzgün istinad olunsun.