Western Caspian University

Jurnal

Məqalələrin tərtibi qaydaları

Jurnalın dili: Azərbaycan, ingilis və rus dillərində məqalələr qəbul edilir.  

Məqalələr jurnalın əhatə etdiyi sahələrə uyğun olmalıdır. 

Məqalələrin həcmi 6 səhifədən az olmayıb, 8 səhifəni keçməməlidir.

Məqalədə UOT indeksi və JEL (iqtidadiyyat sahəsi üçün) kodu verilirməlidir. 

Məqalədə səhifə nömrəsi qeyd edilməməlidir.

Səhifə ölçüləri aşağıdakı kimi olmalıdır:

Kağız ölçüsü

A4

Sol kənar boşluq

2 sm

Sağ kənar boşluq

2 sm

Yuxarı kənar boşluq

2 sm

Aşağı kənar boşluq

2 sm

 

Yazı şrifti

Times New Roman

Yazı üslübu

Normal

Əsas mətn şirf ölçüsü

12

Cədvəllər (varsa) üçün şrift ölçüsü

10

Qeydlər üçün şrift ölçüsü

10

Sətirlər arası ölçü

1 sm

Abzaslar arası ölçü

6 nk

Məqalələrin tərtibi aşağıdakı ardıcıllıqla olmalıdır:

Müəllif(lər) haqqında məlumat

Adı, ata adı, soyadı, elmi dərəcəsi, çalışdığı qurum və elektron poçt (e-poçt) ünvanları, iş və mobil telefon nömrələri, varsa ORCID (baş hərfi böyük, şirft ölçüsü – 12)

Məqalənin başlığı, yazıldığı dildə

(BÖYÜK HƏRFLƏRLƏ, tünd, şirft ölçüsü – 12)

Məqalənin xülasəsi və açar sözlər

Yazıldığı dildə 150 söz, 3-5 açar söz, şirft ölçüsü – 10

Məqalədə xülasə ayrı-ayrılıqda, eyni məzmunda həcmi 200 sözdən çox olmamaqla yazılmalı və məqalənin mahiyyətini ifadə etməlidir. Verilən xülasələrin dilindən asılı olaraq, ardıcıl şəkildə müəllif(lər)in soyadı, adı, atasının adı, elmi dərəcəsi, işlədiyi qurumun adı, vəzifəsi, məqalənin adı başlığında göstərilməlidir. 

Burada azərbaycan dilində: tədqiqatın məqsədi, tədqiqatın metodu, tədqiqatin nəticələri, açar sözlər. 

Rus dilində- цель исследования, метод исследования, резултаты исследования, ключевые слова. 

Ingilis dilində- Purpose, Design/method/approach, Findings (Results), Keywords öz əksini tapmalıdır. 

Məqalə dəqiq strukturlaşdırılmalı, bir sətir buraxılmaq və yeni sətirdən başlamaqla, ardıcıl olaraq, müəllif(lər)in adı və soyadı, elmi dərəcəsi, vəzifələri, əsas istiqaməti, problemi və mövzu göstərilməlidir, xülasə, açar sözlər, giriş, əsas mətin başlıqlara bölünməlidir; nəticə, ədəbiyyat siyahısı və xarici dillərdə xülasələr və açar sözlər (аннотация, ключевые слова, abstract, key words) strukturunda tərtib edilməlidir.

Məqalə mətninin ardıcıllığı:

Giriş

Baş hərfi böyük, tünd, şirft ölçüsü – 12

Paraqraflar

Abzaslarda sətirbaşları probel və tabulasiyalarla deyil yalnız Word-ün abzas altproqramı ilə yerinə yetirilməlidir. Vacib olan məna ifadələrini rəngli deyil (verstkada itdiyi üçün), yarımqara və kursiv şrifti ilə etmək lazımdır. Freyma (mətn ilə çərçivə) etməyin, çünki freymaları pozduqdan sonra orada yerləşən mətn məqalənin başqa bir hissəsinə düşə bilər. 

Nəticə

Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və. s. aydın şəkildə qeyd olunmalıdır.

Ədəbiyyat siyahısı

Baş hərfi böyük, tünd, şirft ölçüsü – 12

Qrafik və illüstrativ materiallar. Qrafik və diaqramların qurulması üçün Excel-dən istifadə etmək lazımdır (şəkil ilə bağlı bütün əsas ədədi məlumatlar faylın özündə saxlanılmalıdır). Əgər qrafiklər xüsusi proqramlarda işlənibsə, o halda onları vektor formatında (*.pdf, *.eps,*.ai,*.cdr) yaddaşda saxlayın.  

Elmi Xəbərlərdəki məqalələrdə istinadlar və mənbə siyahısı Vancouver üslubunda qəbul edilməkdədir. İstinadların və mənbələrin verilməsi qaydaları aşağıdakı kimidir:

Məqalədə yalnız elmi mənbələrə istinadlar olmalıdır. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir. Mətnin içində istinadlar mötərizə açılaraq əvvəlcə nömrəsi, daha sonra vergül qoyularaq səhifəsi verilir.

nümunə: [1 s.230], [2 s.143] və ya [1]

Mənbə siyahısında mənbələr ərəb rəqəmi ilə nömrələnir, ardıcıllıq əlifba sırasına görə deyil, mətnin içərisində istifadə ardıcıllığına görə sıralanır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Mənbə siyahısında monoqrafiyalar, redaktə altında olan kitablar, məqalələr, konfrans materialları, electron resurslar aşağıdakı nümunədə verilir:

Kitablar          

Müəllifin soyadı, adının baş hərfi, əsərin adı, nəşr yeri, nəşriyyat və ili göstərilməlidir.

Nümunə: Wilkinson I. Oxford handbook of clinical medicine. Oxford: Oxford Press, 2017.

Qeyd. Rus dilində olan kitabların adı latın hərflərinə transliterasiya edilməlidir. Rus dilində olan əsərlərin latın hərflərinə transliterasiya edilməsi üçün https://antropophob.ru/utility-i-prochie-melochi/16-transliteratsiya-bsi (BSİ) sistemindən istifadə edilir.

Nümunə: Kuznetsov A.V. Pryamye inostrannye investitsii stran Vostochnoi Azii: Kitai, Yaponiya, Respublika Koreya, Mongoliya. M.: Knorus; 2018 (In Russ.)

Redaktə altında çıxmış kitablar

Kitabın redaktorlarının soyadı və adının baş hərfi verildikdən sonra, əsərin adı, nəşr yeri, nəşriyyat və ili göstərilir.

Nümunə: Norman I. J., Redfern S. J., eds. Mental health care for elderly people. New York: Churchill Livingstone; 1996.

Məqalələr

Müəllifin soyadı, adının baş hərfi, məqalənin adı, jurnalın adı (kursivlə), ili, sayı, səhifələri və varsa, DOİ nömrəsi göstərilməlidir.

Nümunə: Vega K. Heart Transplantation Is Associated with an Increased Risk for Pancreaticobiliary Disease. Annals of Internal Medicine. 1996; 124 (11): 962-980. doi:10.7326/0003-4819-124-11-199606010-00005

Qeyd. Rus dilində olan məqalə, dərc olunduğu jurnalın adı, həmçinin onun müəllifinin soyadı ingiliscə verilməlidir. Məqalənin və jurnalın adını sərbəst şəkildə tərcümə etmək olmaz: jurnalın rəsmi ingiliscə adı, məqalənin ingiliscə xülasəsindəki adı və müəllifin soyadı original qalmalıdır. Mötərizədə məqalənin rus dilində olduğu göstərilməlidir (In Russ).

Rus dilində olan məqalənin ingiliscə adı və ya jurnalın rəsmi ingiliscə yoxdursa, məqalənin adı latın hərflərinə transliterasiya edilməlidir. Rus dilində olan əsərlərin latın hərflərinə transliterasiya edilməsi üçün https://antropophob.ru/utility-i-prochie-melochi/16-transliteratsiya-bsi (BSİ) sistemindən istifadə edilir.

Nümunə: Kanaev E.A., Rodosskaya M. Kuznetsov A.V. Pryamye inostrannye investitsii stran Vostochnoi Azii: Yugo-Vostochnaya Aziya: aktual'nye problemy razvitiya. 2016; (33): 10-27. (In Russ.)

Konfrans materialları

Müəllifin soyadı, adının baş hərfi, məqalənin adı, mərzuə edildiyi konfransın adı (kursivlə), ili, keçirildiyi yer və varsa, linki göstərilməlidir.

Nümunə: Chu H., Rosenthal M. Search engines for the World Wide Web: a comparative study and evaluation methodology. American Society for Information Science 1996 Annual Conference. October 19-24, 1996; Baltimore.

Elektron resurslar

Resursun URL ünvanı və tarixi göstərilməlidir.

Nümunə: Duchin J. S. Can preparedness for biological terrorism save us from pertussis? Arch Pediatr Adolesc Med. 2004; 158 (2): 106-107. Available at: http://archpedi.amaassn.org/cgi/content/full/158/2/106. Accessed June 1, 2004.

Dissertasiya və avtoreferatlar

Dissertasiya və avtoreferatlara istinad arzu olunan deyil. Onların əvəzinə dissertasiya işlərinin materialları əsasında yazılmış məqalə və monoqrafiyalara istinad etmək daha məqsədəuyğundur.

Məqaləninizi Forma №1 ilə birgə science@wcu.edu.az e-mail ünvanına göndərmək olar. 

“Elmi Xəbərlər” üç ayda bir dəfə dərc olunacaq. Bütün tələblərə cavab verən məqalələr 3 aydan gec olmayaraq dərc ediləcək. 

Məqalələr orijinal olmalı və əvvəllər başqa milli və ya beynəlxalq jurnallara və konfranslara təqdim edilməməlidirlər. Redaksiyaya daxil olan bütün məqalələr antiplagiat proqramından keçiriləcək. Originallıq faizi 75%-dən az olan məqalələr qəbul edilməyəcək. 

Təqdim olunan məqalənin dərc olunmasından imtina edildiyi halda, dövri elmi nəşrin redaksiyası yazılı şəkildə müəllifə əsaslandırılmış imtina cavabı göndəriləcəkdir.