Western Caspian University

Jurnal

Etik pinsiplər və nəşr siyasəti

Elmi Xəbərlər beynəlxalq resenziyalı və dövri nəşr olub, bütün tərəflərin (müəllif, rəyçilər, baş redaktor, baş redaktorun müavini və texniki redaktor, məsul katib, redaksiya heyəti üzvləri və nəşriyyat) birgə işini və məsuliyyətini tələb edir. Baş redaktor və müavini jurnalın ümumi siyasətini müəyyən edir, bu siyasətin yerinə yetirilməsinə nəzarət edir, naşir etikası və elmi sənədləşmənin monitorinqini təşkil edir. Məsul katib jurnalın sayının mütəmadi dərc edilməsini təşkil edir, onun standartlara müvafiqliyini təmin edir, monitorinqlərdə iştirak edir. Texniki redaktor jurnalın redaksiyasına daxil olan məqalələrin tərtibi qaydalarına uyğunluğunu (o cümlədən antiplagiat sənədinin doğruluğunu) yoxlayır, məqaləni rəyçilərə göndərir, rəyçidən gələn düzəlişlərin yerinə yetirilb yetirilməməsinə nəzarət edir, çapa tövsiyə edilən məqalələri jurnalın müvafiq sayı üçün hazırlayır. Redaksiya heyəti jurnalın hə bir nömrəsi üçün hazırlıq və tamamlama işlərində, o cümlədən məqalələrin resenziyalaşmasında iştirak edir.

Müəllif etikası

Təqdim edilən məqalələr müvafiq sahə üzrə müstəqil və original tədqiqat əsəri olmalı, analitik elmi yanaşma əsasında hazırlanmalıdır.

Tədqiqat gedişində ölkədaxili və beynəlxalq hüquqa əməl edilməlidir. Məqalədə istifadə edilən özəl məlumatlar aid olan şəxsin icazəsi olmadan istifadə edilə bilməz.

Tədqiqatda hər hansı bir iştirakı olmayan şəxs müəllif olaraq göstərilməməlidir.

Müəllif göndərdiyi məqalədə köçürmə, yalan və ya saxta məlumatlara yol verməməlidir. Məqalənin Strike antiplagiat proqramından keçilməsi haqqında sənədin təqdimi mütləqdir (bənzərlik faizi 15 faizi keçməməlidir). Redaksiya şübhəli vəziyyətdə məqalənin təkrar antiplagiat proqramından keçirilməsi hüququnu özündə saxlayır.

Məqalənin istifadə edilmiş mənbə siyahısında istinad edilməmiş əsərlərə yer verilməməlidir.

Məqalə müəllifi rəyçilərin rəyi ilə diqqətlə tanış olmalı, düzəliş etmək zərurəti olduğunda, ən qısa zamanda yerinə yetirməlidir.

Jurnalda nəşr edilən məqalələrin "Elmi Xəbərlər"-in icazəsi olmadan qismən və ya tam şəkildə hər hansı bir başqa yerdə nəşri qadağandır.

Jurnalda nəşr edilən bütün məqalələrin məzmun, elm və hüquqi baxımdan məsuliyyəti müəlliflərə aiddir.

Rəyçi etikası

Rəyçinin müvafiq sahə üzrə mütəxəssis olması mütləqdir.

Rəyə göndərilən məqaləyə münasibətdə gizlilik siyasətinə əməl edilməlidir və məqalə üçüncü şəxslə paylaşılmamalıdır.

Rəy obyektiv şəkildə aparılmalıdır, qərəzdən və ya hər hansı başqa şəxsi münasibətdən uzaq olmalıdır.

Rədd edilən məqalələr üçün səlis və geniş rəy verilməlidir.