Məqalələrin dəyərləndirmə və nəşri müddəti
"Elmi Xəbərlər"-ə göndərilən məqalələrin dəyərləndirilməsi gizli resenziya edilmə prosesinə tabe edilmişdir.
- Göndərilən məqalələr redaksiyanın etik prinsiplərinə və nəşr siyasətinə, həmçinin tərtib qaydalarına uyğunluq üçün redaksiya heyəti tərəfindən ilkin dəyərləndirilir. İlkin dəyərləndirmədən keçməyən məqalələr rəyə göndərilmədən geri qaytarılır.
- Antiplagiat sənədi təqdim etməyən və ya şübhəli hallarda redaksiyanın öz antiplagiat proqramından keçməyən məqalələr rəyə göndərilmədən geri qaytarılır.
- İlkin dəyərləndirmədən keçən məqalə müvafiq sahə üzrə mütəxəssis olan iki rəyçiyə göndərilir. Rəylərdən biri mənfi olduqda, məqalə üçüncü rəyçiyə göndərilir və ya nəşr edilib edilməməsi ilə bağlı son qərar redaksiya heyəti üzvləri tərəfindən verilir.
- Göndərilən məqalələrin dəyərləndirmə müddəti:
- Redaksiya heyətinin ilkin dəyərləndirməsi – 2 həftə
- Rəyçilərin dəyərləndirməsi – 6 həftə*
- "Elmi Xəbərlər"-ə məqalə göndərən müəlliflər jurnalın nəşri ilə bağlı bütün şərtləri qəbul etmiş hesab edilirlər.
*Rəyçilərin rəylərini gecikdirməsi halında yeni rəyçinin təyin edilməsi ilə bağlı bu müddət uzana bilər.