Haqqımızda
Qərbi Kaspi Universitetinin Elmi Xəbərlər jurnalı İctimai və Texniki Elmlər seriyası və Humanitar Elmlər seriyası olmaqla müstəqil və original məqalələri elmi ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan, hər seriyası dörd dəfə olmaqla, ildə səkkiz dəfə nəşr edilən elmi və resenziyalı jurnaldır.
1. İctimai və Texniki Elmlər seriyası:
- İqtisadiyyat, Riyaziyyat, Materialşünaslıq, Texnologiya, Ekologiya, Təbiət Elmləri, Turizm, Mühasibat Uçotu
2. Humanitar Elmlər seriyası:
- Dilçilik, Ədəbiyyatşünaslıq, Sənətşünaslıq, Filologiya, Dizayn, Tarix, Şərqşünaslıq, Jurnalistika, Kitabxanaşünaslıq, Təhsil, Fəlsəfə, Psixologiya, Sosiologiya, Siyasi Elmlər
Elmi Xəbərlərin hər iki seriyası əlaqəli olan mövzularda analitik elmi yanaşma əsasında hazırlanmış müstəqil, original, əvvəllər başqa jurnallarda nəşr edilməmiş əsərlərə yer verir. Redaksiyaya daxil olan bütün məqalələr antiplagiat proqramından keçiriləcək. Originallıq faizi 75%-dən az olan məqalələr qəbul edilməyəcək.
Jurnalda nəşr edilən bütün məqalələrin məzmun, elm və hüquqi baxımdan məsuliyyəti müəlliflərə, ilk nəşr hüququ Elmi Xəbərlərə aiddir. Nəşr edilən məqalələrin Elmi Xəbərlərin icazəsi olmadan qismən və ya tam şəkildə hər hansı bir başqa yerdə nəşri qadağandır.
Jurnala göndərilən məqalələrin nəşri qərarı Redaksiya heyətinə aiddir. Redaksiya heyəti göndərilən məqalələri qəbul, düzəltmə və ya rədd etmə hüququna malikdir.
ISSN
DOİ: | e-ISSN 2789-4614 p-ISSN 2789-4606 10.54414/YUIE3841 |
İlk nəşr tarixi | 2011 |
Nəşr yeri | Bakı |
Nəşr növü və nəşr aralığı | Çap və elektron versiyalarda çıxan beynəlxalq resenziyalı və dövri nəşrdir. İldə dörd dəfə nəşr olunur: Humanitar və sosial-siyasi elmlər seriyası – ildə iki dəfə Təbiət və texniki elmlər seriyası – ildə iki dəfə |
Nəşr dili | Azərbaycan, rus və ingilis dillərində məqalələr qəbul olunur. |
Təsisçi | Qərbi Kaspi Univesiteti |
Ünvan | AZ 1001, Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31 |
Telefon | +994 12 492 74 18 |