Xarici iqtisadi fəaliyyətdə hava nəqliyyatinin inkişaf meylləri
XARİCİ İQTİSADİ FƏALİYYƏTDƏ HAVA NƏQLİYYATININ İNKİŞAF MEYLLƏRİ Xülasə: Müasir dövrdə ölkələr arasında xarici iqtisadi əlaqələrin liberallaşması və onların iqtisadiyyatının açıqlıq dərəcəsinin artması müşahidə olunur. Bu zəmində yük daşımalarda nəqliyyat xidmətlərinin payının artması müşahidə olunur. Qeyd edilir ki, beynəlxalq daşımalar xarici ticarət əməliyyatlarının mühüm tərkib hissəsi olaraq hazırki inkişaf mərhələsində beynəlxalq iqtisadi münasibətlərin müstəqil forması kimi çıxış etməyə başlayır. İşdə xarici iqtisadi fəaliyyətdə nəqliyyat sektorunun inkişafının əsas göstəriciləri araşdırılır. Müəyyən bir daşıma üçün nəqliyyat növlərinin üstünlük meyarlarının müxtəlifliyi və hər bir müştəri üçün bu meyarların əhəmiyyətlilik səviyyəsi müəyyən edilir. Açar sözlər: xarici iqtisadi fəaliyyət, hava nəqliyyatı, yük daşımalar, göstəricilər, meyarlar